Müştərilərlə iş şöbəsinin mütəxəssisi

ABB-İnvest İnvestisiya Şirkəti QSC

Yerləşmə
Azərbaycan
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
3 avqust 2026

Vakansiya haqqında

İş şəraiti

  • Şəhər: Bakı
  • İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
  • Əmək haqqı: Razılaşma əsasında

Vəzifə öhdəlikləri:

  • Müştəri tərəfindən telefon və e-mail vasitəsi ilə göndərilən müraciətləri qəbul etmək və sualları cavablandırmaq;
  • Şirkətin ən son yenilikləri və kampaniyaları haqqında məlumat vermək;
  • Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək;
  • Qarşıya çıxmış problemləri operativ həll etmək məqsədilə müştərini aidiyyəti struktur və şəxslərə yönləndirmək;
  • Müştərilərin zəng zamanı tələblərini, dəyişikliklərini və istəklərini dəqiqləşdirərək aidiyyəti üzrə yönləndirmək;
  • Görülən işlər üzrə hesabatların hazırlanması;
  • Daxil olan şikayətlərin cavablandırılması üçün müvafiq tədbirlərin görülməsi.

Tələblər:

  • İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil;
  • Müştəri ilə ünsiyyət qurma bacarığı;
  • Şifahi və yazılı formada fikirlərini ifadə etmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik və fəallıq;
  • Kompüter proqramları ilə işləmək bacarığı;
  • Azərbaycan dili – mükəmməl, rus dili – mükəmməl, ingilis dili – yaxşı səviyyədə bilmək arzu olunandır;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Nəzakətlilik və peşəkar davranış;
  • Maliyyə sektorunda təcrübə üstünlükdür;
  • Yüksək öyrənmə və qavrama qabiliyyəti.

Şirkət haqqında

ABB-İnvest İnvestisiya Şirkəti QSC
Maliyyə və sığorta fəaliyyəti, Kapital bazarları

ABB-İnvest İnvestisiya Şirkəti QSC (Şirkət) 2020-ci ildə yaranmışdır və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş müvafiq lisenziyaya əsasən fəaliyyət göstərir. Şirkət qiymətli kağızlarla öz hesabına və adına əməliyyatlar etməklə yanaşı müştərilərinə yerli və xarici qiymətli kağızlar bazarında vasitəçilik (brokerage), qiymətli kağızların anderraytinqi, investisiya portfelinin idarə edilməsi və investisiya məsləhətlərinin təqdim edilməsi, marja ticarəti və digər əsas və yardımçı investisiya xidmətləri göstərir.

ABB-İnvest İnvestisiya Şirkəti QSC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Müştərilərlə iş şöbəsinin mütəxəssisi
Müraciət et