Müştərilərlə iş üzrə kiçik mütəxəssis kimi kreditlərin şərtləri və ödəniş qaydalarını bilmək tələb olunur.
Vakansiya haqqında
Birbankın Qazax filialında Müştərilərlə iş üzrə kiçik mütəxəssis vəzifəsi üzrə detallara qarşı diqqətli, ünsiyyət bacarıqları yüksək olan namizəd axtarırıq. Müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.
Vəzifə öhdəlikləri
- Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırılması;
- Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasının təmin edilməsi;
- Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
- Kredit portfelinə nəzarət edilməsi və təhlillər aparılması;
- Yeni müştərilərin cəlb edilməsi;
- Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsi;
- Korporativ müştəri mədəniyyəti standartlarına əməl edilməsi;
- Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işlənilməsi.
Tələblər
Ali təhsil
Azərbaycan dili mükəmməl səviyyədə mütləqdir (rus və ingilis dili biliyi üstünlükdür)
Yüksək səviyyədə ünsiyyət bacarığı
Empatiya və dinləmə qabiliyyəti
Problem həll etmə bacarığı, təşəbbüskarlıq və sahiblənmə bacarığı
Çeviklik və adaptasiya bacarığı
Məsuliyyətlilik, öyrənmə çevikliyi və inkişafyönümlülük
Satış və inandırma bacarığı
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müştərilərə kredit xidmətləri göstərir və yüksək səviyyədə ünsiyyət bacarığı tələb olunur
Kredit portfelinin təhlili və monitorinqində iştirak edir, kredit riskləri üzrə bilik tələb olunur.
Korporativ müştərilərə məhsulların satışını təşkil edir və 3-5 il B2B satış təcrübəsi tələb olunur.


