Nəqliyyat şöbəsinin fəaliyyətini idarə edir və avtoparkın texniki xidmətini təşkil edir.
Vakansiya haqqında
Baku Steel Company QSC Nəqliyyat şöbəsinin rəisi vəzifəsi üzrə peşəkar namizədləri komandamıza qoşulmağa dəvət edir.
Öhdəliklər
- Nəqliyyat şöbəsinin fəaliyyətini təşkil etmək, sürücülər, dispetçerlər, xüsusi texnika operatorları və digər əməkdaşlardan ibarət komandanı idarə etmək;
- İşçi heyətinin iş və növbə qrafiklərinin hazırlanmasına, iş bölgüsünə və iş vaxtının uçotuna nəzarət etmək;
- İstehsalatın tələbatına uyğun olaraq nəqliyyat vasitələrinin və texnikanın gündəlik fəaliyyətini planlaşdırmaq və koordinasiya etmək;
- Avtoparkın texniki sazlığını və istismar vəziyyətini təmin etmək, texniki xidmət, təmir və ehtiyat hissələrinə olan tələbatı planlaşdırmaq və müvafiq prosesləri koordinasiya etmək;
- Yükdaşıma, yükləmə-boşaltma və digər nəqliyyat əməliyyatlarının təhlükəsiz, vaxtında və müəyyən edilmiş tələblərə uyğun yerinə yetirilməsinə nəzarət etmək;
- Nəqliyyat vasitələrinin hərəkət qrafiklərinə, yükgötürmə və istismar normalarına uyğun istifadəsini təmin etmək;
- Daşıyıcı və servis şirkətləri tərəfindən göstərilən xidmətlərin müqavilə şərtlərinə, müəyyən edilmiş tələblərə və müddətlərə uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Nəqliyyat vasitələri və texnikalar üzrə uçotun və müvafiq sənədləşmənin düzgün aparılmasını təmin etmək;
- Nəqliyyat büdcəsini və xərclərini idarə etmək, yanacaqdan və digər resurslardan səmərəli istifadəni təmin etmək;
- Nəqliyyat proseslərinin səmərəliliyinin artırılması, xərclərin optimallaşdırılması və xidmət keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirmək;
- Nəqliyyat əməliyyatlarında qanunvericiliyin, təhlükəsizlik qaydalarının və şirkətin daxili prosedurlarının tələblərinə riayət olunmasını təmin etmək.
Tələblər
- Texniki, logistika və ya nəqliyyat ixtisası üzrə ali təhsil;
- Nəqliyyat sahəsində ən azı 5 il, o cümlədən rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi;
- Avtoparkın, xüsusi texnikanın və nəqliyyat əməliyyatlarının idarə olunması üzrə praktiki təcrübə;
- Nəqliyyat vasitələrinin texniki xidməti və təmiri, yükdaşıma prosesləri və nəqliyyat təhlükəsizliyi üzrə biliklər;
- Nəqliyyat və yol hərəkəti sahəsində müvafiq normativ tələblər barədə biliklər;
- Komandanın idarə edilməsi, planlaşdırma, operativ qərarvermə, problem həlli və danışıqlar aparma bacarıqları;
- Azərbaycan dilini sərbəst bilmək;
- MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək.
Üstünlük hesab olunur
- İstehsalat, tikinti və ya digər ağır sənaye müəssisəsində nəqliyyat funksiyasının idarə olunması təcrübəsi;
- İri və müxtəlif təyinatlı avtoparkın idarə olunması təcrübəsi;
- Rus və ya ingilis dillərindən ən azı birini işgüzar səviyyədə bilmək;
- SAP S/4HANA və 1C proqramlarında iş təcrübəsi;
- Avtoparkın idarə edilməsi, logistika, texniki istismar və ya nəqliyyat təhlükəsizliyi üzrə sertifikatların olması.
Şirkət haqqında
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə qoyulan Baku Steel Company(BSC) yarandığı gündən, yeniliyi, keyfiyyəti əsas tutaraq istehsalatını daim artıraraq dünya bazarında rəqabətini qoruyur.
Baku Steel Company CJSC — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Şirkətin təchizat və təsərrüfat şöbəsini idarə edir, satınalma və təchizat sahəsində 4 il təcrübəsi var.
Maliyyə nəticələrini təhlil etmək və büdcə proqnozları hazırlamaq bacarığına malik olmaq.
İnzibati funksiyanı idarə etmə, effektiv iş əməliyyatlarını təmin etmə tələb olunur.


