Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Diş Laboratoriyası - Adminstrator (Koordinator) vəzifəsi;
İş yeri: Sumqayıt şəhəri, 1-ci mkr (Göyərçin abidəsi tərəf)
İş qrafiki:
Həftə içi 5 gün (09:00 dan - 17:00 dək)
Şənbə (09:00 dan - 13:00 dək);
Rahat və peşəkar iş mühiti;
Karyera inkişafı və öyrənmə imkanları;
Əmək haqqı 500azn-700azn, müsahibə əsnasında təyin olunacaq;
Artan əmək haqqı.
Müraciət üçün CV-nizi
Vəzifə öhdəlikləri
Gündəlik olaraq klinikalardan gələn sifarişlərin qəbul edilməsi prosesinin və laboratoriyada uyğun şəxslərə verilməsinin koordinasiya edilməsi;
Telefon zənglərinin və həkim qrupları üzrə lazımi mesajların cavablandırılması və uyğun şəxslərə ötürülməsi;
Gündəlik olaraq işlərin klinikadan laboratoriyaya və hazır sifarişlərin laboratoriyadan klinikalara çatdırılmasının kuryer vasitəsilə koordinasiya edilməsi;
Laboratoriyaya gələn və laboratoriyadan gedən işlərin şəkil vasitəsilə qeydiyyatının aparılması;
Gündəlik xərc sənədlərinin və hesabatların aparılması, aylıq hesabatların müdiriyyətə göndərilməsi;
İşçilərin məzuniyyətlərinin və korporativ işlərin müdiriyyət ilə birgə planlaşdırılması;
Həkim və pasient məmnuniyyətinin təmin edilməsi;
Anbara nəzarət, lazımi məhsulların stokunun vaxtı-vaxtında yoxlanması və sifariş olunması lazım olan məhsulların siyahısının müvafiq şəxsə yönləndirilməsi və ya sifariş verilməsi.
Tələblər
Yalnız xanım namizədlər;
Yaş: 25-35 yaş
Təhsil: Ali və ya orta ixtisas təhsili;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (Rus və İngilis dili biliyi arzuolunandır);
MS Office proqramlarında işləmək bacarığı;
Məsuliyyətli, dəqiq, operativ və komandada işləmək bacarığı;
Yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyəti;
Administrator və ya müştəri xidməti sahəsində iş təcrübəsi (üstünlükdür).
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


