Ofis sənədlərinin idarə olunmasını və elektron yazışmaları dəqiq və məsuliyyətlə yerinə yetirir.
Vakansiya haqqında
Campus Global şirkəti ofisdaxili inzibati işlərin təşkili, tələbələrlə ünsiyyət və gündəlik ofis fəaliyyətinin idarə olunması üzrə məsuliyyətli, ünsiyyətcil və işinə ciddi yanaşan əməkdaş axtarır.
Namizədə tələblər:
Namizəd: Qadın
Yaş: 20–35.
Ali təhsil mütləqdir.
İngilis dili biliyi minimum B2 səviyyəsində olmalıdır.
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı.
Kompüter bilikləri və MS Office proqramlarından istifadə bacarığı.
Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı.
Məsuliyyətli, diqqətli, intizamlı və öyrənməyə açıq olmaq.
Tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək bacarığı.
Komanda ilə işləmək və iş prosesinə tez uyğunlaşmaq bacarığı.
İş öhdəlikləri:
Ofisə gələn qonaqların və tələbələrin qarşılanması, müvafiq məlumatların verilməsi.
Tələbələrlə telefon və mesajlaşma vasitəsilə əlaqənin saxlanılması.
Tələbə müraciətlərinin izlənilməsi və sualların cavablandırılması.
Sənədlərin hazırlanması, toplanması və sistemləşdirilməsi.
Gündəlik ofisdaxili inzibati və təşkilati işlərin yerinə yetirilməsi.
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi.
İş şəraiti və əməkhaqqı:
İş yeri: Campus Global ofisi.
İş qrafiki: Tam iş günü.
Əməkhaqqı: Aylıq sabit 700 AZN.
Əməkhaqqı artımı: İşçinin fəaliyyəti, məsuliyyəti və iş performansı qiymətləndirilərək əməkhaqqının artırılması mümkündür.
Təlim və inkişaf imkanları
İşə qəbul olunan əməkdaşa vəzifə öhdəlikləri və daxili iş prosesləri ətraflı öyrədiləcək.
İşə uyğunlaşma müddətində lazımi istiqamətləndirmə və dəstək göstəriləcək.
Namizəddən öyrənməyə həvəsli olmaq, verilən təlimatları diqqətlə mənimsəmək və əldə etdiyi bilikləri praktikada tətbiq etmək gözlənilir.
Vacib qeyd:
Vakansiya yalnız tam iş qrafiki ilə işləyə bilən namizədlər üçün nəzərdə tutulub. Hazırda başqa iş yerində çalışan və ya təhsil alan şəxslərin müraciət etməməsi xahiş olunur. İş qrafikinə tam uyğunluq mütləqdir.
Müraciət qaydası:
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Ofis administratoru üzrə bazar adətən 600–850 ₼ ödəyir, median — 700 ₼.
61 açıq vakansiya, 56 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Ofis administratoru kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiyaya zəng edirlər — işəgötürən elanda yalnız nömrə qoyub.
+994994111515Bu vakansiya haqqında suallar
İş yeri Campus Global ofisidir.
Tam iş günü rejimindədir.
Aylıq sabit 700 ₼ təşkil edir.
İşçinin fəaliyyəti və məsuliyyətinə görə əməkhaqqı artırıla bilər.
Namizədin yaşı 20–35 aralığında olmalıdır.
Namizəd telefonla müraciət etməlidir. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarOfis administratoru üzrə digər açıq elanlar.
Ofis işlərinin təşkili və sənəd mübadiləsi aparmaq üçün MS Office bilən xanım tələb olunur.
Ofisin gündəlik fəaliyyətini təmin edir və ən azı 1 il ofis idarəçiliyi təcrübəsi tələb olunur.
Avtomobil məlumatlarını daxil edir, sənədləri hazırlayır və ofis işlərini aparır, Microsoft Word və Excel bilikləri tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur


