Vakansiya haqqında

BERC Group MMC Ofis menecer vakansiyası üzrə işə qəbul elan edir.

İş barədə məlumat:

  • Ofisin gündəlik inzibati və təşkilati fəaliyyətinin tam şəkildə idarə olunması
  • Ofis daxili proseslərin koordinasiyası və şöbələrarası effektiv ünsiyyətin təmin edilməsi
  • Rəhbərlik üçün inzibati dəstəyin göstərilməsi, tapşırıqların icrası və icra vəziyyəti barədə mütəmadi məlumatlandırma
  • Daxil olan zənglərin, elektron məktubların və yazışmaların cavablandırılması, yönləndirilməsi və nəzarətdə saxlanılması
  • Müştərilərə və müraciət edən şəxslərə xidmətlər barədə dəqiq və dolğun məlumatların verilməsi, aidiyyəti şöbələrə yönləndirilməsi
  • Rəsmi məktubların, ərizələrin, hesabatların, müqavilələrin və digər sənədlərin hazırlanması, qeydiyyatı və düzgün arxivləşdirilməsi
  • Gündəlik kargüzarlıq işlərinin aparılması, tapşırıqların icrasına nəzarət və gündəlik hesabatların hazırlanması
  • Görüşlərin, iclasların planlaşdırılması, təşkili və koordinasiyası
  • Qonaqların qarşılanması, yönləndirilməsi və ofis daxilində işgüzar ünsiyyətin təşkili
  • Ofis ləvazimatlarının, texniki avadanlıqların və digər inzibati ehtiyacların vaxtında təmin edilməsi
  • Təchizatçılar, kuryer və servis xidmətləri ilə əməkdaşlıq və əlaqələrin idarə olunması
  • Şirkətin mebel və inventarının uçotu, qorunması və vaxtında təmirinə nəzarət edilməsi
  • Təmizlik işlərinin və ofis otaqlarının səliqəli saxlanmasının təşkili
  • Daxili qaydalar, standartlar, iş intizamı və ofis etikası qaydalarına riayət olunmasına nəzarət
  • Yeni əməkdaşların ofis daxili adaptasiya prosesinə dəstək göstərilməsi
  • Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqların vaxtında və keyfiyyətli icrası

Vəzifəyə dair bilik,bacarıqlar və tələblər:

Təhsil: Ali təhsil.

Təcrübə: Müvafiq sahədə minimum 1-2 illik iş təcrübəsi

Dil bilikləri:

  • Azərbaycan dilində səlis və aydın danışıq qabiliyyətinə malik olması;
  • Rus dili biliyi mütləqdir;
  • İngilis dili biliyi üstünlükdür.

Texniki səriştələr:

  • MS Office proqramlarında (Word, Excel) yaxşı səviyyədə işləmə bacarığı
  • Elektron poçt və telefon vasitəsilə işgüzar ünsiyyət qaydalarına bələd olmaq
  • Sənədlərin hazırlanması, qeydiyyatı və saxlanılması üzrə baza biliklər
  • Gündəlik kargüzarlıq və ofis daxili işlərin icrasında operativlik
  • Görüş və iclasların planlaşdırılmasında ilkin dəstək göstərmək bacarığı
  • Ofis texnikasından (printer, skaner və s.) istifadə bacarığı
  • Təchizatçı və servis xidmətləri ilə ilkin əlaqələrin qurulması

Davranış səriştələri:

  • İşgüzar etikaya və korporativ davranış qaydalarına riayət
  • Yüksək ünsiyyət və dinləmə bacarığı
  • Məsuliyyətli və öyrənməyə açıq yanaşma
  • Vaxtın düzgün idarə olunması və tapşırıqlara əməl etmə
  • Komandada işləmək və rəhbərliyin göstərişlərinə uyğun fəaliyyət
  • Stressli vəziyyətlərdə nəzakətli və sakit davranış
  • Dəqiqlik, intizam və nizam-intizamlı iş tərzi
  • Müştəriyönümlü düşüncə və xidmət mədəniyyəti

Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.

BERC şirkətlər qrupu sizə nə vəd edir?

  • Rəqabət qabiliyyətli əmək haqqı
  • Korporativ nömrə və danışıq paketi
  • Təlim və kurslardan endirimli yararlanmaq imkanı
  • İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
  • Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
  • Nahar yeməyinin təşkili.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Əmək haqqı: 550 manat

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
550 ₼
Yerləşdirilib
30 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
30 oktyabr 2026
Baxış
13

Maaş bazarla müqayisədə

Ofis administratoru üzrə bazar adətən 600–900 ₼ ödəyir, median — 750 ₼.

bu vakansiya · 550 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

68 açıq vakansiya, 51 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Ofis administratoru kimi öz maaşını yoxla

Şirkət haqqında

BERC Group
Peşəkar, elmi və texniki fəaliyyətlər, Konsaltinq xidmətləri · Bakı
BERC Group — bütün vakansiyalar

“BERC Group" MMC biznes tədqiqatlarının aparılması, bizneslərin qurulması və idarə edilməsi, eləcə də bu sahələrdə məsləhət xidmətlərinin göstərilməsi, biznes mühitində tələb olunan praktik bacarıqlara malik kadrların hazırlanmasında…

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Müvafiq sahədə minimum 1-2 illik iş təcrübəsi tələb olunur.

Əmək haqqı 550 manatdır.

İş saatları və günləri barədə məlumat verilməyib.

Azərbaycan dilində səlis danışıq, rus dili mütləq, ingilis dili üstünlükdür.

Müraciət üçün link vasitəsilə müraciət etmək lazımdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Ofis administratoru üzrə Bakıda digər açıq elanlar.

SF Azərbaycan BOKT
Middle · 1+ ilBakı
800₼

Ofis sənədlərini idarə edir, ofisin fasiləsiz işini təmin edir, MS Office bilikləri tələb olunur.

TeamworkMultitaskingDocument ManagementMicrosoft Office+4
Müraciət et
500–600₼

Ofisə daxil olan zəngləri cavablandırır, sənəd mübadiləsini idarə edir, MS Office bilikləri tələb olunur.

Microsoft ExcelMicrosoft WordMicrosoft PowerPointOffice Equipment Operation+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
KaryeraKadr
Junior · 1 ilBakı
650–700₼

Ofis işlərini təşkil edir, sənəd mübadiləsini aparır və MS Office proqramlarını bilir.

Business CorrespondenceMicrosoft OfficeInternet usageDocument preparation+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Avto 500
Middle · 1–3 ilBakı
500–700₼

Ofisin gündəlik fəaliyyətini idarə edir və sənədləşmə işlərini bilir, 1-3 il təcrübə tələb olunur.

Office ManagementMultitaskingDocument ManagementArchiving+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
550 ₼
Ofis meneceri
Müraciət et