Product Owner-in gündəlik işlərinə dəstək verir və məhsul idarəetmə bacarıqları tələb olunur
Vakansiya haqqında
Grinco MMC inzibati idarəetmə sahəsində peşəkar inkişaf etmək istəyən Ofis Meneceri Təcrübəçi axtarır.
Əgər ünsiyyət bacarığınız yüksəkdir, təşkilatçılığı sevir və dinamik iş mühitində karyeranıza başlamaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Əsas vəzifə öhdəlikləri
Ofisin gündəlik inzibati fəaliyyətinə dəstək göstərilməsi;
Telefon zənglərinin və elektron yazışmaların idarə olunması;
Qonaqların qarşılanması və istiqamətləndirilməsi;
Ofis ləvazimatlarının uçotunun aparılması;
Daxili sənəd dövriyyəsinin təşkili;
Rəhbərliyin inzibati tapşırıqlarının icrasında iştirak.
Namizədə tələblər
Ali təhsil (yeni məzunlara üstünlük verilir);
Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
Səlis nitq və ünsiyyət bacarığı;
Məsuliyyətli, operativ və təşkilatçılıq bacarığına malik olmaq;
Komandada işləmək bacarığı.
Şirkət tərəfindən təklif olunur
Təcrübə müddəti: 2 ay;
Təcrübə müddətində minimum zəruri xərclər şirkət tərəfindən qarşılanır;
Təcrübə müddətini uğurla başa vuran və qiymətləndirmədən keçən namizədlər daimi işlə təmin olunurlar;
Peşəkar mentor dəstəyi və praktiki iş təcrübəsi;
Karyera inkişafı imkanları;
Müasir və peşəkar iş mühiti.
İş şəraiti
İş yeri - Grinco MMC
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev küçəsi 1 (Nobel Otelin yanı)
İş qrafiki: Bazar ertəsi – Cümə / 08:30 – 17:30
Şirkət haqqında
Grinco MMC, xidmət keyfiyyəti və bu keyfiyyətə paralel olaraq artım sürəti ilə hazırda 5000 -dən çox stoklu məhsulu və 1000 -dən çox müştərisi ilə ölkəmizin aparıcı iş yerinin təchizat mərkəzi olaraq fəaliyyətini davam etdirir.
Grinco — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Ofisin gündəlik işlərini təşkil edir, ünsiyyət və MS Office bacarıqları tələb olunur.
Layihələrin koordinasiyasını və biznes görüşlərin təşkilini həyata keçirir, güclü kommunikasiya bacarığı tələb olunur.
Layihələrin idarə olunması və tədbirlərin təşkili üzrə mütəxəssis, Microsoft proqramlarında bacarıqlı.




