Ofisin gündəlik inzibati işlərini idarə edir və MS Office proqramlarında bacarıqlı olmalıdır.
Vakansiya haqqında
Rəhbərin gündəlik fəaliyyətinin operativ və səmərəli təşkilini, görüş və qəbullarının koordinasiyasını, rəsmi yazışmaların və sənəd dövriyyəsinin həyata keçirilməsini təmin edəcək Ofis Meneceri / Katibə vəzifəsinə xanım namizəd axtarılır.
Vəzifə öhdəlikləri
- Rəhbərin gündəlik iş qrafikinin, görüşlərinin və qəbulunun təşkili;
- Rəhbərin telefon zənglərinin, elektron və rəsmi yazışmalarının idarə edilməsi;
- Rəhbərin qəbuluna gələn şəxslərin qarşılanması və görüşlərin koordinasiyası;
- Rəsmi məktubların, sənədlərin və yazışmaların hazırlanması;
- Sənədlərin qeydiyyatı, sistemləşdirilməsi və sənəd dövriyyəsinin aparılması;
- Görüş, iclas və rəsmi qəbulların təşkilati işlərinin həyata keçirilməsi;
- Ofisin gündəlik inzibati fəaliyyətinin və işgüzar mühitinin təmin edilməsi;
- Rəhbərliyin gündəlik tapşırıqlarının operativ şəkildə icra edilməsi;
- Ofisə gələn qonaqların qarşılanması və onların qəbulunun yüksək səviyyədə təşkil olunması;
- Ofisdə gündəlik təşkilati məsələlərin və qonaqların ehtiyaclarının operativ şəkildə təmin edilməsi
Tələblər
- Ali təhsil;
- Ofis meneceri, katibə, administrator, rəhbər köməkçisi və ya assistent vəzifəsində iş təcrübəsi;
- Azərbaycan dilində səlis və düzgün yazılı və şifahi nitq;
- Rus dilini yaxşı səviyyədə bilmək;
- İngilis dilini bilmək üstünlükdür;
- Azərbaycan və rus dillərində rəsmi yazışma aparmaq bacarığı;
- MS Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı;
- Elektron sənədləşmə və sənəd dövriyyəsi üzrə bacarıqlar;
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Nəzakətli, səliqəli və işgüzar görünüş;
- Punktuallıq, operativlik və yüksək məsuliyyət;
- Məxfi və xidməti məlumatlarla işləmə bacarığı;
- Eyni zamanda bir neçə tapşırığı idarə etmək və gərgin iş rejimində işləmək bacarığı.
Şəxsi və peşəkar keyfiyyətlər
Rəhbərlə birbaşa işləyəcək namizəd üçün yüksək ünsiyyət mədəniyyəti, güclü dil bilikləri, səliqəli və işgüzar görünüş, operativlik və məxfilik prinsiplərinə ciddi riayət əsas meyarlardır.
- Güclü təşkilatçılıq və koordinasiya bacarığı;
- Operativlik və çevik qərarvermə bacarığı;
- Nəzakətli və peşəkar davranış;
- Rəhbərlə birbaşa və effektiv işləmək bacarığı;
- Yüksək kommunikasiya və təqdimat bacarığı;
- İşgüzar etika və məxfilik prinsiplərinə riayət;
- Dinamik iş mühitində çevik və məsuliyyətli işləmək bacarığı.
Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mailin mövzu (subject) sətrində “Rəhbərin Ofis Meneceri / Katibə” qeyd olunması mütləqdir.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Ofis administratoru üzrə bazar adətən 600–900 ₼ ödəyir, median — 750 ₼.
66 açıq vakansiya, 49 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Ofis administratoru kimi öz maaşını yoxlaŞirkət haqqında
2002-ci ildə ilk müəssisəsini yaradaraq beton məhsullarının istehsalı ilə sahibkarlıq fəaliyyətinə qədəmlərini atan şirkətimiz uzun illər boyu müxtəlif sektorlarda böyüyərək, milli biznes sahəsində özünü təsdiqləyib və dəyər verən…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Ofis meneceri, katibə, administrator və ya assistent vəzifəsində iş təcrübəsi tələb olunur.
MS Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı tələb olunur.
Azərbaycan və rus dillərində rəsmi yazışma aparmaq bacarığı tələb olunur.
Yüksək ünsiyyət mədəniyyəti, səliqəli və işgüzar görünüş, operativlik və məxfilik prinsiplərinə riayət etməlidir.
CV göndərilməlidir, e-mail mövzu sətrində “Rəhbərin Ofis Meneceri / Katibə” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarOfis administratoru üzrə Bakıda digər açıq elanlar.
Ofis sənədlərini idarə edir, ofisin fasiləsiz işini təmin edir, MS Office bilikləri tələb olunur.
Ofisin gündəlik inzibati işlərini təşkil edir və 1C, MS Office proqramlarını bilir
Ofisin gündəlik fəaliyyətini idarə edir və MS Office proqramlarını bilmək tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





