İstehsalat planlaşdırılması və əməliyyatların idarə edilməsində iştirak etmək üçün analitik bacarıqlar tələb olunur
Vakansiya haqqında
Planlama üzrə Mühəndis layihə cədvəlinin hazırlanması, yenilənməsi və monitorinqinə cavabdehdir. Bu rol podratçı, layihə nəzarəti və sahə komandaları ilə sıx əməkdaşlıq edərək irəliləyişi izləyir, gecikmələri müəyyən edir və dəqiq planlama məlumatları əsasında qərarverməni dəstəkləyir.
Əsas Öhdəliklər:
1. Layihə Cədvəllərinin Hazırlanması
- Müqavilə tələblərinə uyğun olaraq layihənin əsas (baseline) cədvəlinin hazırlanması və yenilənməsi.
- Master cədvələ uyğun detallı həftəlik/aylıq cədvəllərin hazırlanması.
- Bütün fəaliyyətlərin resurslarla əlaqələndirilməsi və sahə reallığını əks etdirməsi.
2. İrəliləyişin Monitorinqi
- Gündəlik/həftəlik irəliləyişi izləmək və cədvələ daxil etmək.
- Podratçı irəliləyiş hesabatlarının dəqiqliyini yoxlamaq.
- Gecikmə və riskləri müəyyən edərək vaxtında hesabat vermək.
3. Hesabatlılıq
Həftəlik/aylıq Planlama Hesabatlarının hazırlanması:
- Plan / Fakt müqayisəsi
- Critical Path analizi
- Gecikmələr və təklif olunan tədbirlər
Dashboard və rəhbərliyə təqdimat üçün məlumatların hazırlanması.
4. Gecikmə və Mitigasiya Analizi
- EOT və gecikmə təsiri üzrə ilkin təhlil.
- Podratçının bərpa/mitigasiya cədvəllərinin qiymətləndirilməsi.
- Bütün cədvəl-əsaslı tələblərin sənədləşdirilməsi.
5. Koordinasiya və Kommunikasiya
- Sahə komandalarından (inzibati, MEP, satınalma, QS və s.) dəqiq məlumat toplamaq.
- Həftəlik iclaslarda planlama ilə bağlı məlumat vermək.
Podratçı ilə cədvəl uyğunluğunu təmin etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİstehsalın planlaşdırılması üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Mebel fabriki üçün material və istehsal planlamasını hazırlamaq və icrasına nəzarət etmək tələb olunur
İstehsal planlarının hazırlanması və stokların idarə olunmasında iştirak edir, planlama bacarıqları tələb olunur.
İstehsalat proseslərinin planlaşdırılmasını və əməliyyat göstəricilərinin təhlilini həyata keçirir, MS Excel bilikləri tələb olunur.



