Gəmiqayırma layihələrinin planlaşdırılmasını idarə edir və Primavera P6 bilikləri tələb olunur
Vakansiya haqqında
Əsas tələblər:
- Ali təhsil;
- MS Excel proqramını yaxşı səviyyədə bilmək – formullar, Pivot Table, VLOOKUP/XLOOKUP və s.;
- Rəqəmlərlə işləmə və analitik düşünmə bacarığı;
- Diqqətli, məsuliyyətli və dəqiq olmaq;
- Planlama və hesabatlılıq sahəsinə maraq;
- İş təcrübəsi arzuolunandır, lakin mütləq tələb deyil.
Əsas vəzifə və öhdəliklər:
- İstehsal və satış göstəricilərinə uyğun planların hazırlanmasında iştirak etmək;
- Gündəlik, həftəlik və aylıq planlama məlumatlarını hazırlamaq və yeniləmək;
- Məlumatların Excel üzərindən işlənməsi, təhlili və hesabatların hazırlanması;
- Plan və fakt göstəricilərinin müqayisəsini aparmaq;
- Müvafiq şöbələrdən məlumatları toplamaq və sistemləşdirmək;
- Rəhbərlik üçün tələb olunan hesabat və cədvəlləri hazırlamaq.
Fərdi keyfiyyət göstəriciləri:
- Diqqətlilik və məsuliyyətlilik;
- Analitik düşünmə və təhlil bacarığı;
- Komanda işi bacarığı;
- Operativ və nəticə yönümlü olmaq;
- Planlaşdırma və prioritetləşdirmə bacarığı;
- Yenilikçi və proaktiv yanaşma.
Təklif etdiyimiz:
- Motivasiyaedici və dəstəkləyici iş mühiti;
- Tibbi sığorta;
- Rahat və stabil iş şəraiti;
- Nahar təminatı.
- Korporativ nömrə
İş şəraiti
- İş rejimi: 09:00–18:00 / 5 günlük iş həftəsi
- Əmək haqqı: 600 AZN NET
- Ünvan: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan
CV-lərinizi “Planlama üzrə kiçik mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatları 09:00–18:00, 5 günlük iş həftəsidir.
Əmək haqqı 600 ₼ NET-dir.
İş yeri Həsən Əliyev küçəsi 38, Xırdalan şəhərindədir.
CV-lərinizi “Planlama üzrə kiçik mütəxəssis” başlığı ilə göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçTibbi sığorta, nahar təminatı və motivasiyaedici iş mühiti təklif olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarPlanlaşdırma üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Layihələrin planlaşdırılması və izlənməsi üzrə iş görür, Primavera P6 və Power BI bilikləri tələb olunur.
Beynəlxalq təchizatçıların araşdırılması və satınalma əməliyyatlarının dəstəklənməsi üzrə iş.
Daxil olan zəngləri qəbul edir, müştərilərə tibbi xidmətlər barədə məlumat verir və ünsiyyət bacarığı tələb olunur



