İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin təminini və SƏTƏM proseslərinin idarəsini həyata keçirir.
Vakansiya haqqında
İş haqqında məlumat
- Müəssisənin KİS-inin tətbiqini, saxlanılmasını və təkmilləşdirilməsini qüvvədə olan qanunvericilik, tətbiq olunan standartlar və müəssisədaxili prosedurlar əsasında təşkil və koordinasiya etmək.
- SOP, prosedur, təlimat, forma, şablon və digər keyfiyyət sənədlərinin hazırlanmasını, yenilənməsini, dövri baxışını, versiya nəzarətini, paylanmasını və arxivləşdirilməsini həyata keçirmək.
- Şirkətdaxili proseslərin təsdiq edilmiş prosedurlara uyğunluğunu izləmək; uyğunsuzluq və kənaraçıxmaları qeydiyyata almaq, araşdırmaq və kök səbəb analizini koordinasiya etmək.
- CAPA tədbirlərinin müəyyən edilməsi və hazırlanmasını koordinasiya etmək, icra müddətlərini izləmək, tədbirlərin effektivliyini qiymətləndirmək və bağlanmasını prosedura uyğun sənədləşdirmək.
- Dəyişikliklərin idarə olunması (Change Control) prosesini koordinasiya etmək, dəyişikliklərin keyfiyyətə təsirinin qiymətləndirilməsində iştirak etmək və icrasını izləmək.
- Keyfiyyət risklərini və imkanlarını müəyyən etmək, qiymətləndirmək və izləmək; risklərin idarə olunmasına dair qeydlərin aktual saxlanılmasını təmin etmək.
- Daxili audit və özünüyoxlamaları planlaşdırmaq, təşkil etmək və keçirilməsində iştirak etmək; audit hesabatlarını hazırlamaq və müəyyən edilmiş uyğunsuzluqlar üzrə tədbirləri izləmək.
- Müştəri, tərəfdaş və digər xarici auditlərə hazırlığı koordinasiya etmək, tələb olunan keyfiyyət sənədlərini hazırlamaq və audit nəticələri üzrə tədbirlərin izlənilməsini təmin etmək.
- Əməkdaşların QMS, SOP və digər keyfiyyət mövzuları üzrə təlim ehtiyaclarını müəyyən etmək, təlimləri təşkil etmək, təlim matrisini və qeydləri aktual saxlamaq və SOP-larla tanışlığı izləmək.
- Xarici xidmət təminatçıları, autsorsinq tərəfdaşları və zəruri hallarda təchizatçıların keyfiyyət baxımından ilkin qiymətləndirilməsi, seçimi, monitorinqi və təkrar qiymətləndirilməsində iştirak etmək və nəticələri sənədləşdirmək.
- Müştəri şikayətləri, xidmət keyfiyyəti üzrə iradlar və müştəri məmnuniyyəti ilə bağlı məlumatların qeydiyyatını, araşdırılmasını və monitorinqini təşkil etmək.
- Dərman vasitələrinin qeydiyyatı, farmakonəzarət və digər konsaltinq xidmətləri üzrə daxili proseslərin və sənəd dövriyyəsinin müəyyən edilmiş prosedurlara uyğunluğunu izləmək; aidiyyəti şöbələrlə keyfiyyət məsələləri üzrə əməkdaşlıq etmək.
- Keyfiyyət göstəricilərini toplamaq və təhlil etmək, illik keyfiyyət qiymətləndirməsini və dövri hesabatları hazırlamaq; Management Review üçün məlumatları toplamaq, prosesi sənədləşdirmək, resurs ehtiyaclarını və təkmilləşdirmə təkliflərini Baş direktora təqdim etmək.
- KİS-ə aid qanunvericilik, standart, metodiki sənəd və yaxşı təcrübələrdə dəyişiklikləri izləmək, zəruri yeniliklər barədə Baş direktora məlumat vermək və vəzifə funksiyası çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Makromed MMC əczaçılıq və səhiyyə sahəsində ixtisaslaşmış peşəkar konsaltinq şirkətidir. Şirkət dərman vasitələrinin, tibbi vasitələrin, qida əlavələrinin və kosmetik məhsulların qeydiyyatı, farmakonəzarət, lisenziyalaşdırma, GMP/GDP…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Keyfiyyət sisteminin tətbiqi, sənədlərin idarə olunması, auditlərin keçirilməsi və təlimlərin təşkili əsas vəzifələrdəndir.
Əməkdaşların təlim ehtiyacları müəyyən edilir, təlimlər təşkil olunur və təlim matrisləri aktual saxlanılır.
Daxili auditlər planlaşdırılır və keçirilir, xarici auditlərə hazırlıq koordinasiya olunur və nəticələr izlənilir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQida təhlükəsizliyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
İstehsalat proseslərinin uyğunluğunu yoxlayır və qida təhlükəsizliyi biliklərinə malikdir.
İş yerlərində əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə nəzarət edir, minimum 1 il təcrübə tələb olunur.
İstehsalat prosesində keyfiyyətə nəzarət edir və qida təhlükəsizliyi biliklərinə malikdir.




