Qida sahəsində keyfiyyət standartlarının tətbiqini və daxili auditləri həyata keçirmək tələb olunur
Vakansiya haqqında
Təsvir
- Qanunvericilik və beynəlxalq standartlara uyğun sənədlərin hazırlanması və idarə edilməsi;
- Müəssisənin Keyfiyyət İdarəetmə Sisteminin (KİS) tətbiqi, monitorinqi və təkmilləşdirilməsi;
- Sertifikasiya və resertifikasiya proseslərinin təşkili və nəzarətdə saxlanılması;
- İllik daxili audit planının hazırlanması, auditlərin aparılması və nəticələrin izlənilməsi;
- Uyğunsuzluqların səbəblərinin təhlili və düzəldici tədbirlərin icrasına nəzarət;
- Struktur bölmələrə KİS üzrə metodiki dəstəyin göstərilməsi və təlim ehtiyaclarının müəyyənləşdirilməsi;
- Biznes proseslərinin təhlili, monitorinqi və optimallaşdırılmasında iştirak;
- Rəhbərlik üçün KİS üzrə hesabatların və statistik məlumatların hazırlanması;
- HACCP, qida təhlükəsizliyi və keyfiyyət standartlarının tələblərinə əməl olunmasının təmin edilməsi;
- Qida təhlükəsizliyi risklərinin, CCP və OPRP nəzarət tədbirlərinin izlənilməsi, uyğunsuzluqların vaxtında bildirilməsi;
- Müvafiq monitorinq, yoxlama və davamlı təkmilləşdirmə tədbirlərində iştirak.
Tələblər
- Təhsil: Qida mühəndisliyi, keyfiyyətin idarə edilməsi, qida təhlükəsizliyi və ya müvafiq sahələr üzrə ali təhsil;
- Təcrübə: Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Biliklər: ISO 9001, ISO 22000, HACCP və qida təhlükəsizliyi standartları üzrə biliklər;
- Daxili auditlərin aparılması və uyğunsuzluqların idarə edilməsi üzrə təcrübə;
- Sertifikasiya və resertifikasiya prosesləri haqqında biliklər;
- Biznes proseslərinin təhlili və sənədləşdirilməsi bacarığı;
- MS Office proqramları üzrə biliklər;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Təlim dəstəyi
- Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Qida təhlükəsizliyi üzrə mütəxəssis üzrə bazar adətən 700–1 300 ₼ ödəyir, median — 1 100 ₼.
13 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Qida təhlükəsizliyi üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Grand-Agro MMC 23.01.2017-ci ildə hüquqi qeydiyyatdan keçmiş və 2017-ci ilin Aprel ayından fəaliyyətə başlamışdır. Şirkətin istifadəsində olan sahələr Abşeron yarımadasının Qala, Türkan, Hövsan, Ramana, Zirə, Şüvəlan ərazilərində yerləşir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi tələb olunur.
Müraciət üçün link vasitəsilə müraciət etmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçNahar təminatı, təlim dəstəyi və könüllü tibbi sığorta təklif olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQida təhlükəsizliyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
İstehsalat və restoranlarda qida təhlükəsizliyi və keyfiyyət sistemlərini idarə edir, HACCP sertifikatına malikdir.
İçki məhsullarının keyfiyyətini izləyir, prosesləri təkmilləşdirir və texniki dəstək verir.
Restoranın təmizlik və xidmət keyfiyyətinə nəzarət edir, qida təhlükəsizliyi biliklərinə malikdir



