Vakansiya haqqında

İş qrafiki: Tam iş günü 5 günlük

İş yeri: Şirkətin və Müştərilərin istehsalat sahələri və restoranları (zərurət yarandıqda digər obyektlərə ezamiyyətlər)

Əsas funksional öhdəliklər və gündəlik tapşırıqlar:

Sistem və Standartların Qurulması:

  • Beynəlxalq qida təhlükəsizliyi standartlarına (HACCP, ISO 22000 və s.) uyğun olaraq istehsal proseslərinin qurulmasını, tətbiqini və optimizasiyasını təmin etmək;
  • İstehsalat sahələrində vahid standartların, prosedurların (SOP) və HACCP üzrə kritik nəzarət nöqtələrinin monitorinq planlarının hazırlanmasını təşkil etmək;
  • Xammalın qəbulundan son məhsulun təqdimatına qədər bütün mərhələlər üzrə keyfiyyət nəzarət sistemini qurmaq;
  • İstehsal sahələrinin daha səmərəli istifadəsi, məhsuldarlığın artırılması və itkilərin azaldılması üzrə təkliflər hazırlamaq.

Gündəlik Nəzarət və Monitorinq:

  • İstehsalat sahələrində iş günü başlanğıcında sanitariya vəziyyətini, işçilərin şəxsi gigiyenasını, xüsusi geyim tələblərini və davamiyyəti yoxlamaq;
  • Soyuducu, dondurucu və digər sahələrdə temperatur rejimlərini, nəzarət qeydlərini və qida təhlükəsizliyi göstəricilərini daimi izləmək;
  • Xammal və yarımfabrikatların anbardan istehsalata FIFO/FEFO prinsiplərinə uyğun buraxılmasına, etiketlənməyə və partiya izləniləbilənliyinə nəzarət etmək;
  • Məhsulların reseptura, texnoloji xəritə, çıxış norması, dad, görünüş, tekstura və təqdimat standartlarına uyğun hazırlanmasını izləmək;
  • Çarpaz çirklənmə risklərini, allergen idarəetməsini və təmiz/çirkli axın ayrımını gündəlik yoxlamaq.

Audit, Təlim və Dövlət Qurumları ilə İş:

  • Mövcud proseslərin kompleks auditini (planlı və plansız yoxlamalar) təşkil etmək, riskləri müəyyən edərək inkişaf planları hazırlamaq;
  • Xammal, yarımfabrikat və hazır məhsul üzrə keyfiyyət uyğunsuzluqları aşkar etdikdə dərhal müdaxilə etmək, məhsulu ayırmaq və düzəldici/qabaqlayıcı tədbirlər görmək;
  • Restoran və istehsalat heyəti üçün qida təhlükəsizliyi və keyfiyyət standartları üzrə təlim proqramları hazırlamaq və keçirilməsini təmin etmək;
  • Dövlət qurumları ilə qarşılıqlı əlaqəni təşkil etmək, yoxlamalar zamanı şirkəti və Müştəriləri təmsil edərək yoxlamaların uğurla keçməsini təmin etmək;
  • Qida təhlükəsizliyi və keyfiyyət üzrə sənədləşmənin aparılmasını və normativ tələblərə uyğunluğunu təmin etmək.

Namizədə dair tələblər:

  • Təhsil: Qida mühəndisliyi, Kimya, Biologiya və ya aidiyyəti sahə üzrə ali təhsil;
  • İş təcrübəsi: Qida sənayesi, istehsalat və ya iaşə (restoran) sektorunda Qida təhlükəsizliyi və keyfiyyətə nəzarət sahəsində menecer olaraq ən azı 3-5 il iş təcrübəsi;
  • Sertifikatlar: ISO 22000 və HACCP standartları üzrə sertifikatların olması mütləqdir;
  • Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının qida təhlükəsizliyi sahəsindəki qanunvericilik aktlarını, AQTA (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) tələblərini və normativ-hüquqi sənədlərini mükəmməl bilmək;
  • Şəxsi keyfiyyətlər: Yüksək liderlik, komanda idarəetməsi, operativ qərarvermə və funksional koordinasiya bacarıqları; risklərin analizi və problem həlletmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilsi və Rus dili biliyi arzuolunandır

Şirkət təklif edir:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Peşəkar komandada işləmək və karyera baxımından inkişaf imkanları;
  • Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək).

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Qida Təhlükəsizliyi və Keyfiyyət üzrə Menecer” mövzusu altında Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
20 noyabr 2026
Baxış
30

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Qida təhlükəsizliyi üzrə mütəxəssis üzrə bazar adətən 700–1 300 ₼ ödəyir, median — 1 100 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

17 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Qida təhlükəsizliyi üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

PJA MMC
Tikinti, Mühəndislik xidmətləri · Baku
PJA MMC — bütün vakansiyalar

PJA MMC iaşə xidmətləri sahəsində fəaliyyət göstərən çoxbrendli şirkətdir. Şirkət Papa Johns Azerbaijan, LVIV Şokolad Evi və Bursa Kebap Evi brendləri üzrə idarəetmə və əməliyyat fəaliyyətini həyata keçirir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş Bakı şəhərində, şirkətin və müştərilərin istehsalat sahələri və restoranlarında təşkil olunur.

Tam iş günü, həftədə 5 gün işləmək tələb olunur.

Qida təhlükəsizliyi və keyfiyyət sahəsində menecer kimi ən azı 3-5 il iş təcrübəsi tələb olunur.

ISO 22000 və HACCP standartları üzrə sertifikatların olması mütləqdir.

Namizədlər CV-lərini “Qida Təhlükəsizliyi və Keyfiyyət üzrə Menecer” mövzusu altında göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Qida təhlükəsizliyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Grand-Agro MMC
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

İstehsalatda əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə təhlükəsizlik tədbirləri həyata keçirir, 2 il təcrübə tələb olunur.

Safety TrainingOccupational Health and SafetyTechnical SafetyEnvironmental Protection+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Safetyever
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

SƏTƏM üzrə mütəxəssis təhlükəsizlik hesabatları hazırlayır və risk qiymətləndirir, minimum 3 il təcrübə tələb olunur.

Safety TrainingTeamworkOccupational SafetyRisk Assessment+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Qida təhlükəsizliyi və keyfiyyət üzrə menecer
Müraciət et