Müştəriləri qarşılamaq, rezervasiyaları idarə etmək və kassa əməliyyatlarını aparmaq bacarığı tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Otelə daxil olan qonaqları gülərüz, nəzakətli və peşəkar şəkildə qarşılamaq
- Qonaqlara ilk xoş təəssürat yaratmaq və yüksək xidmət standartlarını təmin etmək
- VIP qonaqları xüsusi diqqət və qayğı ilə qarşılamaq, müşayiət etmək
- Qonaqların suallarını cavablandırmaq, otelin xidmətləri və imkanları barədə məlumat vermək
- Qonaqların ehtiyaclarını öncədən müəyyən etmək və uyğun dəstək göstərmək
- Qonaqları resepsiyon, restoran, tədbir zalları və digər otel bölmələrinə yönləndirmək
- Giriş və lobbi ərazisində yüksək səviyyəli görünüş və nizam-intizam standartlarını qorumaq
- Qonaq məmnuniyyətinin artırılması üçün digər şöbələrlə koordinasiyalı işləmək
- Şikayət və xüsusi istəkləri operativ şəkildə aidiyyəti şöbələrə yönləndirmək
- Otelin xidmət prosedurlarına və brend standartlarına riayət etmək
Tələblər:
- Hündürboylu, gülərüz və özünəinamlı olmaq
- Yüksək ünsiyyət bacarığı
- VIP qonaqlarla ünsiyyət qurmaq bacarığı
- Azərbaycan dilində sərbəst danışıq, yüksək səviyyədə ingilis dili biliyi, rus dili biliyi arzuolunandır.
- Diqqətli, məsuliyyətli və xidmət yönümlü yanaşma
- Komanda ruhu və yüksək etik davranış standartları
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Resepsiyonist üzrə bazar adətən 500–630 ₼ ödəyir, median — 600 ₼.
43 açıq vakansiya, 42 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Resepsiyonist kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
İş saatları və günləri barədə məlumat verilməyib.
Əmək haqqı barədə məlumat verilməyib.
Namizədlər CV-lərini elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüraciət üçün son tarix 21 oktyabrdır.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarResepsiyonist üzrə Bakıda digər açıq elanlar.
Qonaq qəbul edir, rus və ingilis dilində danışıq bacarığı tələb olunur.
Ofisdə qəbulu idarə edir və müştərilərlə ünsiyyət bacarığı tələb olunur.




