Şirkətin strateji satınalma proseslərini idarə edir və yüksək səviyyədə danışıqlar aparır.
Vakansiya haqqında
Tələblər:
Ali təhsilin olması (tibbi təhsil əlavə üstünlükdür);
Yüksək ünsiyyət qurma qabiliyyəti;
Problemi sərbəst həll etmə qabiliyyəti;
Vaxtdan səmərəli istifadə etmə qabiliyyəti;
Dürüst, ciddi, səbirli və məsuliyyətli olmaq;
Vəzifə öhdəliklərini tam şəkildə dərk edib, onlara məsuliyyətlə yanaşmaq;
Öz üzərində işləmək həvəsi, analitik düşünmə və yenilikləri öyrənmək bacarığı;
Yaş: 24–40;
Kompyuter biliyi (Word, Excel, PowerPoint, Outlook);
Dil bilikləri – Azərbaycan dilini səlis, Rus və İngilis dillərində sərbəst/yaxşı səviyyədə danışıq, yazışma və fikrini qarşı tərəfə çatdıra bilmə qabiliyyəti.
Vəzifələr:
Satınalma-təchizat zənciri üzrə tapşırıqların yerinə yetirilməsi;
Verilmiş sifarişlərin və təchizatların icrası, logistika və müvafiq sənədlərin əldə edilərək vaxtında təqdim edilməsi;
Mövcud və potensial müştərilərlə əlaqələrin saxlanılması və inkişafı;
Daxil olan sorğulara müvafiq satınalma təkliflərinin hazırlanıb təqdim edilməsi;
Satış məqsədilə təqdimatların keçirilməsi;
Müştərilərlə və təchizatçılarla ünsiyyət qurmaq və dəqiq məlumatı çatdırmaq bacarığı;
Mövcud bazarın və rəqiblərin analizi;
Bazarın tələbinə uyğun təkliflərin araşdırılması və formalaşdırılması;
Müştərilərə sistemli şəkildə səfər etmək və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradılması;
Verilən tapşırıqları deadline-lar üzrə vaxtında və səmərəli icra etmək;
Aylıq və həftəlik hesabat vermək.
İş şəraiti:
İş qrafiki: Həftə içi 5 gün 09:00–18:00, Şənbə 09:00–15:00;
Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.
Şirkət haqqında
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Yeni korporativ müştəriləri tapmaq və İT həllər təqdim etmək.
Yeni müştəriləri cəlb etmək və ERP həllərini təqdim etmək.
Sıxılmış hava sistemlərinin B2B satışını realizə etmək və yeni müştərilər cəlb etmək.




