Müştərilərlə ünsiyyət qurur, CRM-də işləyir və satış bacarıqları tələb olunur.
Vakansiya haqqında
Əsas tələblər
- Ali təhsil;
- B2B satış sahəsində, xüsusilə İT sektorunda iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dili – yüksək səviyyədə, İngilis dili – orta səviyyədə, və Rus dili arzuolunandır;
- MS Office və CRM sistemləri ilə işləmək bacarığı;
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Kommersiya təklifləri və işgüzar yazışmalar hazırlamaq bacarığı;
- Müştəriyönümlü və nəticəyönümlü yanaşma;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Müstəqil və komandada işləmək bacarığı;
- Aktiv satış və yeni müştəri axtarışı aparmaq bacarığı;
Vəzifə öhdəlikləri
- Yeni korporativ müştərilərin axtarışı və cəlb edilməsi;
- Mövcud müştərilərlə işgüzar əlaqələrin inkişaf etdirilməsi;
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun İT həllərin təqdim edilməsi;
- Şəbəkə, telefoniya, təhlükəsizlik, kibertəhlükəsizlik və digər İT həllərinin satışı;
- Müştəri görüşlərinin, təqdimatların və danışıqların aparılması;
- Kommersiya təkliflərinin hazırlanması və müştəri ilə razılaşdırılması;
- Satış prosesinin lead-dən müqaviləyə qədər idarə edilməsi;
- Mövcud layihələrin və satış imkanlarının inkişaf etdirilməsi;
- Satış fəaliyyətlərinin Bitrix24 CRM-də tam və vaxtında qeydiyyatı;
- Satış planının yerinə yetirilməsi və nəticələrə görə məsuliyyət;
- Müştəri ödənişləri və layihə üzrə sənəd dövriyyəsinin izlənilməsi;
- Vendor məhsul və həlləri üzrə biliklərin davamlı inkişaf etdirilməsi;
- Satışdan sonra müştəri ilə əlaqələrin və xidmət səviyyəsinin qorunması.
KPI
- Aylıq və illik satış planın yerinə yetirilməsi
- Minimum aylıq görüş sayının yerinə yetirilməsi
- Yeni müştərilərin davamlı artırılması;
- CRM məlumatlarının tam və vaxtında qeydiyyatı.
İş şəraiti
- Dinamik və inkişaf edən İT şirkətində iş;
- Əmək müqaviləsi və qanunvericiliyə uyğun rəsmiləşdirmə;
- 800–1500 AZN əmək haqqı + satış nəticələrinə əsaslanan bonus sistemi;
- Peşəkar və karyera inkişafı imkanları.
Vakansiyaya müraciət üçün CV-nizi “Korporativ Satış üzrə Mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərə bilərsiniz.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış üzrə mütəxəssis üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 800 ₼.
116 açıq vakansiya, 190 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Müştərilərə məhsul seçimi üzrə məsləhət verir və satış həyata keçirir, satış təcrübəsi tələb olunur.
Müştərilərlə əlaqə qurur, satışları idarə edir və CRM, Excel bilikləri tələb olunur.
Müştərilərə məhsulların təqdimatını və satışını həyata keçirir, 3 il satış təcrübəsi tələb olunur.




