Təchizat üzrə mütəxəssis yerli və beynəlxalq təchizatçılarla əməkdaşlıq və danışıqlar aparır, 2 ildən çox təcrübə tələb olunur.
Vakansiya haqqında
İşin məzmunu
- Bu vəzifəni icra edəcək əməkdaşımız əsasən BƏƏ-də olan şirkətimizin təchizatçılarından qiymət təklifləri alıb satış əməkdaşlarımızın sorğularına qiymət təklifləri verəcək. Bəzi hallarda yeni marka vəya məhsul axtarmaq lazım olduğu hallarda yeni təchizatçılar axtarışı etmək də lazım olacaq. Verdiyimiz qiymət təkliflərindən sifarişə çevrilmiş məhsulları isə sifariş edib, Azərbaycana vəya sifariş verilən ölkəyə çatdırılması üçün lazımi daşıma və broker şirkətlərinə yönləndirəcək. Bu işləri görmək üçün isə satdığımız bütün növ İT və elektronika məhsullarının texniki göstəricilərini ya bilməli ya da qısa müddətdə öyrənməli olacaqsınız. Sizin bunları öyrənməyiniz üçün elektron dərslik və təlimlər tərəfimizdən təşkil olunur, lakin öyrənə bilməyən namizəd sınaq müddətini keçmir.
Namizədə tələblər
- Güclü şifahi və yazılı korporativ danışıqların aparılması, təqdimat bacarıqları
- Dəqiqlik, innovativ düşünmə, operativlik, detallara fikir vermə qabiliyyəti
- Məsuliyyətli, nəzakətli, disiplinli, prinsip və dəyərlərə sadiqlik
- Analitik düşünmə, güclü analiz və təhlil etmə, qərar vermə, planlama və problem həll etmə bacarıqları
- Daim öyrənməyə meyilli, paralel olaraq bir neçə tapşırığı idarə etmək bacarığı
- Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir (bilənlərə üstünlük verilir, bilməyənlər öyrədilir)
- Danışıq və yazışma səviyyəsində Azərbaycan və İngilis dili biliyi məcburidir, Rus dili biliyi üstünlükdür
- Güclü kompüter istifadəçisi, sürətli çap
- MS Office (Word, Excel, Outlook, Power Point, Outlook) bilik və səriştəsi– İşgüzar geyim, səlist nitq və danışıqlar aparma bacarığı
- Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları
- İş təcrübəsi – 1-3 il
Vakansiya üzrə vəzifələr
- Yerli və Xarici bazarın araşdırılması, təchizatçı bazasının müntəzəm olaraq yenilənməsi
- Təchizatçılardan mütəmadi olaraq yenilənmiş qiymət cədvəllərinin alınması
- Təchizatçılardan sorğulara uyğun qiymət təkliflərinin alınması
- Təchizatçılardan gələn təkliflərin müqayisəli təhlilini apararaq, rəhbərliyə təqdim edilməsi
- Məhsulların və qiymətlərinin ERP sistemə əlavə edilməsi, yenilənməsi
- Sifariş olunmazdan əvvəl anbardan olmayan məhsullar üçün qiymətlərin təkrar yoxlanılması
- Təsdiqlənmiş məhsulların və xidmətlərin sifarişi, ödənişlərinin icrasının təmin edilməsi
- Sifarişlərin statuslarının izlənilməsi, vaxtında çatdırılmasının təşkili və nəzarəti
- Daşıma və gömrük prosesini nəzarətdə saxlayaraq, invoice və s. kimi sənədləri aidiyyatı şəxslərə göndərmək
- Gömrük rəsmiləşdirilməsi zamanı məhsullar və sənədlərlə bağlı sualların cavablandırılması
- Yerli və beynəlxalq satış mütəxəssislərimiz üçün qiymət cədvəlləri hazırlayıb, yeniləmək
- Qiymətləndirmə və satınalma üzrə bütün görülmüş işlərin və sənədləşdirmələrin daxili ERP proqramında düzgün, əhatəli şəkildə qeydiyyatı
- Təchizatçılardan gələn ödəniş sənədlərinin verilmiş sifarişə uyğunluğunun təsdiqlənib mühasibatlıq şöbəsinə təqdim edilməsi
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması
- Görülmüş işlər və planlar barədə aylıq və illik hesabatların hazırlanması
İş mühiti
- İş vaxtları: Bazar ertəsi – Cümə – 9:00 – 18:00, Şənbə günü (xüsusi hallarda, əlavə ödənişli olaraq)
- Əmək haqqı: stabil əmək haqqı + bonus (tələblərə cavab verən namizədin istəyi nəzərə alınır)
- Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun qeydiyyat
- Bir aylıq ödənişli sınaq müddəti
- Məhsul və xidmətlər haqqında təlimlər
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 avqust 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
17 sentyabr 2026
Şirkət haqqında
IRIX
İnformasiya və kommunikasiya, Proqram təminatı və İT xidmətləri · Baku
IRIX - IT avadanlıqlarının topdan, korporativ və pərakəndə satışını icra edən, Azərbaycanda və Birləşmiş Ərəb Əmirliklərində ofisi olan IT şirkətdir.
IRIX — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
1 000–1 500₼
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Təsərrüfat fəaliyyətini idarə edir, departamentə rəhbərlik edir və ən azı 5 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib1 gün qalıb
Biznes və korporativ müştərilərə bank məhsullarının satışına dəstək verir və analitik bacarıq tələb edir
1 000–1 500₼
Marketin fəaliyyətini idarə edir, satış strategiyaları hazırlayır və komanda işini təşkil edir.
Müraciət etAsan müraciətAsan müraciət
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 



