Vakansiya haqqında

Avant Group tikinti layihələri və korporativ ehtiyaclar üzrə satınalma strategiyasının formalaşdırılması, tender proseslərinin effektiv idarə edilməsi və təchizat zəncirinin optimallaşdırılması istiqamətində komandamıza rəhbərlik edəcək Satınalma Departamentinin Direktorunu axtarır.

Vəzifənin əsas məqsədi satınalma proseslərinin şəffaf, rəqabətli və büdcəyə uyğun təşkilini, layihələrin vaxtında və fasiləsiz təchizatını, həmçinin kommersiya baxımından optimal şərtlərin əldə edilməsini təmin etməkdir.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin satınalma strategiyasını və illik satınalma planını formalaşdırmaq, icrasına rəhbərlik etmək;
  • Tikinti layihələri üzrə satınalma ehtiyaclarını, büdcələri və layihə qrafiklərini təhlil edərək satınalma prioritetlərini müəyyənləşdirmək;
  • Tender paketlərinin hazırlanmasını və komplektləşdirilməsini koordinasiya etmək; BOQ, texniki spesifikasiyalar, çertyoj siyahıları, RFQ və kommersiya sənədlərinin aidiyyəti bölmələrlə uzlaşdırılmasını təmin etmək;
  • Tender və kotirovka proseslərini təşkil etmək, təchizatçıların seçimi və kommersiya təkliflərinin qiymətləndirilməsinə rəhbərlik etmək;
  • Təchizatçılarla kommersiya danışıqları aparmaq, qiymət, ödəniş, çatdırılma və zəmanət şərtlərinin optimallaşdırılmasını təmin etmək;
  • Satınalma qərarlarının təsdiq edilmiş büdcə, prosedur və səlahiyyət bölgüsünə uyğunluğuna nəzarət etmək;
  • Layihə komandaları ilə koordinasiyada material və avadanlıqların vaxtında çatdırılmasını, təchizat risklərinin müəyyən edilməsini və idarə olunmasını təmin etmək;
  • Təchizatçıların fəaliyyətini qiymətləndirmək, satınalma xərclərini və qənaət imkanlarını təhlil etmək;
  • Satınalma komandasının fəaliyyətini idarə etmək, əməkdaşların performansını və peşəkar inkişafını təmin etmək.

Namizədə tələblər

  • İqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik, logistika, təchizat zəncirinin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Satınalma və təchizat sahəsində minimum 8 il iş təcrübəsi, bunun ən azı 5 ili rəhbər vəzifədə;
  • Tikinti layihələri üzrə satınalma və tender proseslərinin idarə edilməsində praktiki təcrübə;
  • Tender paketlərinin hazırlanması, BOQ və texniki sənədlərin koordinasiyası, RFQ prosesləri və kommersiya təkliflərinin müqayisəli qiymətləndirilməsi üzrə təcrübə;
  • Təchizatçılarla kommersiya danışıqlarının aparılması və müqavilə şərtlərinin razılaşdırılması bacarığı;
  • Satınalma büdcəsinin idarə edilməsi, xərclərin optimallaşdırılması və təchizat risklərinin idarə olunması üzrə biliklər;
  • ERP sistemləri və MS Excel üzrə yüksək səviyyədə bilik;
  • Azərbaycan dilini sərbəst bilmək, ingilis dili üzrə minimum B2 səviyyəsi; rus dili biliyi üstünlükdür;
  • CIPS və ya digər beynəlxalq satınalma sertifikatlarının olması üstünlükdür.

Biz nə təklif edirik?

  • Strateji əhəmiyyətli rəhbər vəzifədə çalışma imkanı;
  • Böyükmiqyaslı tikinti və inkişaf layihələrinin satınalma proseslərinə rəhbərlik etmək imkanı;
  • Peşəkar və dinamik iş mühiti;
  • Rəqabətədavamlı əməkhaqqı və korporativ imkanlar.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satınalma Departamentinin Direktoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
8+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 noyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
6 dekabr 2026
HRX ilə müraciət
3
Baxış
418

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Satınalma mütəxəssisi üzrə bazar adətən 850–2 000 ₼ ödəyir, median — 1 150 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

78 açıq vakansiya, 54 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Satınalma mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

Avant Construction
Construction · Bakı
Avant Construction — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Satınalma sahəsində minimum 8 il iş təcrübəsi tələb olunur, 5 ili rəhbər vəzifədə olmalıdır.

Namizəd CV-ni göndərməlidir və mövzu hissəsində “Satınalma Departamentinin Direktoru” qeyd etməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Satınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

IRES
Rəhbər · 8+ ilBakı
Maaş göstərilməyib

Bakıda tikinti layihələri üçün satınalma strategiyalarını idarə etmək və təchizat zəncirini yönəltmək.

Contract NegotiationCost OptimizationProcurement StrategyTender Management+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Anonim işəgötürən
Təcrübəli mütəxəssis · 5+ ilBakı
Maaş göstərilməyib

Satınalma proseslərini idarə edir, tender və müqavilə təcrübəsi olan, analitik düşüncəli mütəxəssis tələb olunur

NegotiationBudget ControlProcurement ManagementTender Management+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Satınalma departamentinin direktoru
Müraciət et