Məhsul və xidmətlərin satınalmasını həyata keçirir, təchizatçıları qiymətləndirir və danışıqlar aparır.
Vakansiya haqqında
Şirkətimizə yerli və xarici bazarlardan tələb olunan məhsul və avadanlıqların araşdırılması, təchizatçıların seçilməsi və satınalma prosesinin idarə olunması üçün təcrübəli xanım Satınalma Mütəxəssisi axtarılır.
Tələblər:
- Xanım namizəd
- Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı;
- Yerli və xarici təchizatçılarla işləmək təcrübəsi;
- Danışıqlar aparmaq və kommersiya təkliflərini qiymətləndirmək bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Məsuliyyətli, operativ və analitik düşüncə tərzi;
- İT və telekommunikasiya sahəsində satınalma təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
- Yerli və xarici bazarlardan tələb olunan məhsulların araşdırılması və satın alınması;
- Təchizatçılarla danışıqların aparılması və qiymət təkliflərinin əldə edilməsi;
- Satınalma sənədlərinin hazırlanması və sifarişlərin izlənilməsi;
- Çatdırılma prosesinə nəzarət edilməsi;
- Bazar araşdırmalarının aparılması və alternativ təkliflərin hazırlanması.
- Sifarişlərin hazırlanması və təchizat prosesinin izlənilməsi;
- Xarici bazarlarda məhsulların və alternativ təchizatçıların araşdırılması;
- İdxal və logistika proseslərinin koordinasiyasında iştirak;
Təklif edirik:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Əmək haqqı: müsahibə əsasında;
- Karyera və peşəkar inkişaf imkanları;
- Stabil və peşəkar iş mühiti.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində "Satınalma Mütəxəssisi" qeyd olunmalıdır.
Şirkət haqqında
Nimpex MMC 2011-ci ildə təsis olunub. Şirkətin əsas fəaliyyəti IT network məhsullarının satışı və xidmətidir. Bu sahədə bir çox aparıcı dünya brendləri ilə (HP, Cisco, Lenovo, Dell, Huawey, Apple, Ubiquiti Networks və s.) əməkdaşlıq edilir.
Nimpex — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müştəri bazasını genişləndirir, satış planlarını icra edir və 2 il satış təcrübəsi tələb olunur.
Müştəri bazasını genişləndirir, satış planlarını icra edir və minimum 1 il təcrübə tələb olunur.
Satış komandasını idarə edir, satış planlarını hazırlayır və icra edir, ən azı 3 il təcrübə tələb olunur.



