Müştəri bazasını genişləndirir, satış planlarını icra edir və 2 il satış təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Synergy Partnership Satış Meneceri axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışı və müştəri bazasının genişləndirilməsi;
- Müştərilərlə görüşlərin təşkili, ehtiyacların müəyyənləşdirilməsi və xidmətlərin təqdim edilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Müqavilələrin bağlanmasının təmin edilməsi və prosesin izlənilməsi
- Satış planlarının icrası və müəyyən edilmiş aylıq/illik hədəflərə nail olunması;
- Müştəri məmnuniyyətinin qorunması və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi;
- Bazar və rəqiblərin araşdırılması
- PR, marketinq, reklam və tədbir xidmətlərinin satışının həyata keçirilməsi.
Namizədə tələblər:
- Satış və ya müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- İşgüzar danışıqlar aparmaq və müştəri münasibətlərini idarə etmək bacarığı;
- Aktiv satış və yeni müştərilərin cəlb edilməsi üzrə bacarıqlar;
- Analitik düşüncə və bazar araşdırması aparmaq qabiliyyəti;
- Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar yanaşma;
- Komandada işləmək bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- İngilis və/və ya rus dili biliyi üstünlükdür.
Əməkhaqqı:
- Müsahibə nəticəsində namizədin təcrübə və peşəkar bacarıqları nəzərə alınmaqla müəyyən ediləcək.
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00–18:00
- Ayda 1 dəfə şənbə günü: 10:00–14:00
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Şirkət haqqında
14 ildir ki, fəaliyyət göstərən “Synergy Partnership” 360 dərəcə kommunikasiya xidmətləri təklif edir. Strateji kommunikasiyalar, PR, Marketinq, SMM, tədbirlərin təşkili sahəsində ölkənin qabaqcıl şirkətlərinin tərəfdaşıdır.
Synergy Partnership — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Yeni müştərilər cəlb edir, satış planlarını icra edir və satış sahəsində 3 il təcrübəsi var.
İT məhsullarının satışını artırmaq üçün korporativ müştərilərlə əlaqələr qurur və idarə edir, satış təcrübəsi tələb olunur.
Azərbaycanın istilik və su təchizatı bazarında satış və biznes inkişafını idarə edir, 5 il təcrübə tələb olunur



