Satınalma proseslərini idarə edir və təchizatçılarla danışıqlar aparır, 4-5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Namizədə olan tələblər:
- Təchizat zənciri idarəetməsi, biznesin idarə edilməsi, mühəndislik və ya digər əlaqəli sahədə bakalavr dərəcəsi; magistr dərəcəsi üstünlükdür.
- Satınalma/təchizat zənciri idarəetməsi sahəsində minimum 7+ illik iş təcrübəsi, o cümlədən yuxarı (senior) səviyyəli vəzifədə təcrübə.
- Xammal, istehsalat materialları/komponentləri, avadanlıq və ehtiyat hissələrinin satınalınması daxil olmaqla, həm yerli, həm də beynəlxalq təchizatçılarla strateji satınalma sahəsində güclü təcrübə.
- Danışıqlar aparma və əlverişli müqavilə şərtlərinin əldə edilməsi bacarığı
- Müqavilələrin idarə edilməsi üzrə təcrübənin olması, o cümlədən kommersiya şərtləri, risklərin və məsuliyyətlərin bölüşdürülməsi barədə dərin anlayış, həmçinin INCOTERMS, idxal satınalması, logistika və gömrük prosedurları üzrə praktiki bilik.
- Tender sənədlərinin dəqiq və vaxtında hazırlanmasından tutmuş təkliflərin təqdim edilməsinə və Tender Komitəsi ilə rəhbərlikdən təsdiqin alınmasına qədər tam tender prosesinin idarə edilməsi təcrübəsi.
- Təchizatçıların qiymətləndirilməsi və uzunmüddətli, etibarlı tərəfdaşlıqların qurulması daxil olmaqla, əla təchizatçı əlaqələrinin idarə edilməsi bacarığı.
- Bazar şərtlərinin müqayisəli təhlili və Tədarük risklərinin qiymətləndirilməsi ilə güclü analitik bacarıqlar.
- Müxtəlif şöbələrlə əməkdaşlıqda rahat işləmək və çoxfunksiyalı mühitdə bir neçə prioriteti eyni vaxtda idarə etmək bacarığı.
- ERP sistemləri (SAP, 1C və ya oxşar) ilə iş təcrübəsi.
- MS Office, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı.
- Beynəlxalq təchizatçılarla əminliklə, peşəkar şəkildə ünsiyyət qurmağa və danışıqlar aparmağa imkan verən güclü İngilis dili bilikləri (yazılı və şifahi).
- Beynəlxalq səviyyəli satınalma/təchizat zənciri sertifikatının (CIPS, ISM/CPSM və ya ekvivalent) mövcudluğu arzuolunandır.
Ümumi vəzifə öhdəlikləri:
- Strateji satınalma və tender proseslərinin icrası, istehsalın fasiləsiz davam etməsi üçün materialların (Əsasən xammal, istehsalat materialları, avadanlıq və ehtiyat hissələri) vaxtında təmin edilməsi.
- Yerli və beynəlxalq təchizatçıların müəyyən edilməsi və əməkdaşlığın inkişaf etdirilməsi, əlverişli əsas kommersiya şərtlərinin əldə edilməsi üçün danışıqların aparılması.
- Təchizatçıların fəaliyyətinin monitorinqi, o cümlədən keyfiyyət, çatdırılma müddətləri və razılaşdırılmış şərtlərə uyğunluğun izlənilməsi.
- Təchizatçı ilə müqavilə şəertlərinin razılaşdırılması, əlverişli kommersiya şərtləri təmin edilməsi, idxal logistikası və gömrük prosedurlarının idarə edilməsi.
- Digər maraqlı struktur bölmələrlə sıx əməkdaşlıqda satınalma prosesinin aparılması, bazar və tədarük risklərinin nəzərə alınması
- Xərclərin təhlili və ümumi sahiblik dəyərinin (TCO) qiymətləndirilməsi, qənaət imkanlarının müəyyən edilməsi və satınalma qərarlarının icrası.
- Satınalma fəaliyyətlərinin sənədləşdirilməsinin və şirkət prosedurlarına uyğunluğunun təmin edilməsi, xərclər və təchizatçı performansı barədə rəhbərliyə mütəmadi hesabatların hazırlanması.
- Şöbə daxilində satınalma proseslərinin təkmilləşdirilməsinə töhfə verilməsi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satınalma mütəxəssisi üzrə bazar adətən 900–1 750 ₼ ödəyir, median — 1 200 ₼.
95 açıq vakansiya, 31 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
STP - Sumqayıt Kimya Sənaye Parkının rezident üzvüdür STP - Regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Satınalma və təchizat zənciri sahəsində minimum 7 il iş təcrübəsi tələb olunur.
Bakalavr dərəcəsi tələb olunur, magistr dərəcəsi üstünlükdür.
ERP sistemləri (SAP, 1C və ya oxşar) və MS Office, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı tələb olunur.
Güclü İngilis dili bilikləri (yazılı və şifahi) tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Təchizat üzrə mütəxəssis kimi satınalma və idxal proseslərini idarə etmək üçün 2 il təcrübə tələb olunur.
Satınalma proseslərini idarə edir və təchizatçıların qiymətləndirilməsində iştirak edir, analitik bacarıq tələb olunur.
Məhsulların satın alınması və təchizatçıların idarə olunması üzrə iş görür, minimum 3 il təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





