Məhsulların satın alınması və təchizatçıların idarə olunması üzrə iş görür, minimum 3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
NH GROUP MMC peşəkar komandamıza Təchizat üzrə mütəxəssis axtarır.
İş şəraiti
- İş yeri: Bakı
- İş qrafiki: 5 günlük
- İş saatları: 09:00–18:00
- Nahar fasiləsi: 13:00–14:00
- Əmək haqqı: start olaraq 1500 Azn, 3 aydan sonram bonus sistemi artım
Əsas vəzifələr
- Yerli və xarici alışların həyata keçirilməsi, yeni məhsulların axtarışı, * Qənnadı məhsulları və istehsal üçün xammal materiallarının satınalma prosesinin təşkili;
- Bazar araşdırmalarının aparılması və alternativ təchizatçıların müəyyənləşdirilməsi
- İdxal-ixrac əməliyyatlarının koordinasiyası və həyata keçirilməsi;
- Şirkətdaxili formalaşdırılmış sifarişlərin anbar ehtiyatları ilə müqayisə edilərək aidiyyəti şöbələrin zəruri məhsullarla təmin olunması;
- Şirkətin satınalma siyasətinə və müəyyən edilmiş prosedurlara riayət edilməsi;
- Mal, xidmət və işlər üzrə potensial təchizatçıların araşdırılması və seçilməsi;
- Təchizatçılarla danışıqların aparılması, qiymət və kommersiya təkliflərinin müqayisə edilməsi;
- Uyğun təchizatçılarla müqavilələrin bağlanması və təchizat şərtlərinin idarə olunması;
- Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət;
- Təchizat üzrə sənədləşmələrin düzgün və vaxtında aparılması;
- Alınan malların keyfiyyətinə və uyğunluğuna nəzarət edilməsi;
- Təchizat və satınalma bazarının mütəmadi araşdırılması;
- e-gov.az, AQTA və gömrük sistemləri üzrə tələb olunan məlumat və sənədlərin hazırlanması və təqdim edilməsi;
- İdxal prosesləri üzrə sənədləşmənin və logistika proseslərinin koordinasiyası;
- Anbar, logistika, satış və digər aidiyyəti şöbələrlə koordinasiyalı işin təşkili;
- Təchizat zəncirində yarana biləcək risk və gecikmələrin əvvəlcədən müəyyənləşdirilməsi;
- Görülmüş işlər üzrə aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Rəhbərlik tərəfindən təchizat istiqamətində verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.
Namizədə tələblər
- Yaş: 25–40 yaş;
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: Təchizat, satınalma, logistika və ya əlaqəli sahədə minimum 2 il;
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək;
- İngilis dili biliyi — B1 səviyyəsi;
- MS Office proqramlarından, xüsusilə Excel-dən sərbəst istifadə bacarığı;
- 1C ERP proqramında iş təcrübəsi;
- e-gov.az, AQTA və gömrük sistemləri ilə işləmə bacarığı;
- Xarici təchizat və idxal prosedurları üzrə sənədləşmə təcrübəsi;
- Satınalma və təchizat proseslərini biliyi;
- Təchizatçılarla effektiv danışıqlar aparmaq bacarığı;
- Analitik düşünmə və bazar araşdırması bacarığı;
- Planlama və vaxtın effektiv idarə edilməsi bacarığı.
Şəxsi keyfiyyətlər
- İntizamlı və punktual;
- Məsuliyyətli və nəticəyönümlü;
- Təşəbbüskar;
- Detallara diqqətli və sistemli;
- Operativ qərarvermə bacarığı;
- Stress altında işləmə qabiliyyəti;
- Komandada işləmə və yüksək kommunikasiya bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satınalma mütəxəssisi üzrə bazar adətən 900–1 750 ₼ ödəyir, median — 1 200 ₼.
95 açıq vakansiya, 31 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş həftədə 5 gün, saat 09:00–18:00 arasıdır, nahar fasiləsi 13:00–14:00-dür.
Başlanğıc əmək haqqı 1500 manatdır, 3 aydan sonra bonus sistemi tətbiq olunur.
Ali təhsil və təchizat, satınalma, logistika və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi tələb olunur.
MS Office, xüsusilə Excel, 1C ERP proqramı, e-gov.az, AQTA və gömrük sistemləri üzrə bilik tələb olunur.
Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilini isə B1 səviyyəsində bilməlidir.
Namizədlər CV-lərini elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Xarici satınalma üzrə mütəxəssis kimi beynəlxalq bazarlarda təchizatçıları araşdırır və satınalma prosesini idarə edir
Tikinti və istehsalat layihələri üçün materialların təchizatını təşkil edir, minimum 2 il təcrübə tələb olunur.
Təchizat üzrə mütəxəssis yerli və beynəlxalq təchizatçılarla əməkdaşlıq və danışıqlar aparır, 2 ildən çox təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





