Beynəlxalq təchizatçılarla əlaqə saxlayıb sənaye avadanlığı alışı üzrə işləri idarə edir.
Vakansiya haqqında
BlackWell-in neft-qaz və sənaye təchizatı fəaliyyətini dəstəkləmək üçün xarici bazarlarda məhsul və təchizatçı araşdırması aparmaq, rəqabətli kommersiya təklifləri toplamaq və satınalma sorğularının vaxtında icrasını təmin etmək.
Bonus sistemi:
- Vaxtında icra: tapşırıqların və satınalma sorğularının razılaşdırılmış deadline-lara uyğun tamamlanması.
- Sourcing keyfiyyəti: uyğun məhsul və etibarlı təchizatçıların müəyyənləşdirilməsi, rəqabətli təkliflərin toplanması.
- Dəqiqlik: texniki məlumatların, qiymətlərin və ERP qeydlərinin düzgünlüyü.
- Operativlik: təchizatçı sorğularının vaxtında göndərilməsi və müntəzəm izlənməsi.
- Satınalma bonusu: uğurla həyata keçirilən alışlar üzrə şirkət tərəfindən əvvəlcədən təsdiqlənmiş bonus mexanizmi tətbiq olunur.
Əməkhaqqı və inkişaf imkanları:
- Aylıq sabit əməkhaqqı: 600–800 AZN net.
- Bonus — əvvəlcədən razılaşdırılmış qaydalar və nəticələr əsasında.
- Peşəkar inkişaf və gələcəkdə Procurement Specialist vəzifəsinə yüksəlmək imkanı.
Vəzifə öhdəlikləri
- Daxil olan satınalma sorğularını araşdırmaq və tələbə uyğun məhsulları müəyyənləşdirmək.
- Xarici istehsalçıları, rəsmi distribütorları və etibarlı təchizatçıları tapmaq.
- Qiymət təklifləri, texniki sənədlər, çatdırılma müddətləri və ödəniş şərtlərini toplamaq.
- Təklifləri qiymət, texniki uyğunluq, çatdırılma və kommersiya şərtləri üzrə müqayisə etmək.
- Satınalma məlumatlarını ERP sisteminə daxil etmək və mütəmadi yeniləmək.
- Outlook vasitəsilə təchizatçılarla yazışmaları aparmaq və cavabların vaxtında alınmasını izləmək.
- Tapşırıqları müəyyən edilmiş müddətlərdə icra etmək və tələb olunan hesabatları təqdim etmək.
Tələblər
- Satınalma sahəsində minimum 1 il iş təcrübəsi.
- İngilis dilini sərbəst bilmək; xarici təchizatçılarla müstəqil yazışmaq və danışıqlar aparmaq bacarığı.
- ERP sistemləri barədə bilik və ERP-də işləmək bacarığı; Odoo təcrübəsi üstünlükdür.
- Microsoft Outlook-da işləmək bacarığı, e-poçt yazışmalarını və sorğuları izləmək bacarığı.
- Xarici bazarlarda məhsul, istehsalçı və təchizatçı araşdırması (market research & sourcing) aparmaq bacarığı.
- Texniki məhsulların, sənaye avadanlıqlarının və ehtiyat hissələrinin axtarışına maraq.
- Microsoft Excel-də qiymət müqayisəsi və hesabat hazırlamaq bacarığı.
- Məsuliyyətli, diqqətli, operativ və nəticəyönümlü olmaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satınalma mütəxəssisi üzrə bazar adətən 850–1 750 ₼ ödəyir, median — 1 275 ₼.
93 açıq vakansiya, 36 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Bakıda yerləşir.
Aylıq 600–800 manat net əməkhaqqı təklif olunur.
Satınalma sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
İş saatları və günləri barədə məlumat verilməyib.
Uğurla həyata keçirilən alışlar üzrə bonus mexanizmi tətbiq olunur.
Müraciət üçün sənədlər e-poçt vasitəsilə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Satınalma üzrə kiçik mütəxəssis təchizatçı araşdırması və MS Excel bilikləri ilə işləyir.
Satınalma prosesini idarə edir, bazar araşdırması aparır və təchizatçı əlaqələrini qurur.
Tədarükçülərin idarə olunmasında iştirak edir və sənədlərin düzgünlüyünü yoxlayır.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





