Layihələrin satınalma prosesini idarə edir və təchizatçıların seçimi və əlaqələrini qurur.
Vakansiya haqqında
Müəssisənin ehtiyac duyduğu malların, iş və xidmətlərin vaxtında, səmərəli və büdcəyə uyğun şəkildə satın alınmasını həyata keçirir, həmçinin satınalma prosesinin planlaşdırılması, təchizatçıların seçilməsi və müqavilələrin hazırlanmasında iştirak edir.
Vəzifə öhdəlikləri:
- Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirmək və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırmaq;
- Satın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici və yerli təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
- Xarici və yerli təchizatçıları araşdırmaq, seçim etmək və təchizatçı bazasını daima yeniləmək;
- Satınalma bazarının araşdırılması, xərclərin və satınalma şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıların cəlb edilməsi;
- Xarici və yerli təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqların aparılması;
- Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək;
- Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırmaq;
- Şirkətin inzibati və qeydiyyat işlərinin tələblərinə riayət etmək;
- Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat vermək;
- Tələb olunduqda daşınma və gömrük işlərini həll etmək.
Tələblər:
- Ali təhsil (İnşaat, İqtisadiyyat, Menecment və ya digər aidiyyatı sahələr üzrə);
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər;
- Məsuliyyətli və detallara diqqətli olmalıdır;
- MS Office, həmçinin 1C proqramlarını bilməlidir;
- Azərbaycan dili zəruridir, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Könüllü tibbi sığorta
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satınalma mütəxəssisi üzrə bazar adətən 900–1 750 ₼ ödəyir, median — 1 200 ₼.
95 açıq vakansiya, 31 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
«AZCD Group" QSC 03.10.2019-cu ildə təsis edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 02.12.2019-cu il tarixində verilmiş Lisenziya əsasında, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti quraşdırma…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş günləri bazar ertəsindən cümə gününə qədər, saat 09:00-dan 18:00-dəkdir.
İş yeri Bakı şəhərindədir.
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi tələb olunur.
Pozitiv və dəstəkləyici iş mühiti və könüllü tibbi sığorta təklif olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Ticarət bazarını araşdırır, təchizatçıları seçir və qiymət danışıqları aparır.
Təchizat üzrə mütəxəssis kimi satınalma və idxal proseslərini idarə etmək üçün 2 il təcrübə tələb olunur.
Satınalma üzrə mütəxəssis bazar araşdırması aparır və satınalma proseslərini idarə edir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




