Tender və satınalma proseslərini idarə etmək və ən azı 2 il təcrübə tələb olunur
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Dövlət satınalmalarında şirkətin maraqlarının düzgün və effektiv şəkildə təmsil edilməsi;
- Tender sənədlərinin sıfırdan hazırlanması və qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi;
- e-Satınalma portalında satınalma proseslərinin müstəqil idarə olunması;
- Texniki və qiymət təkliflərinin hazırlanması və analitik qiymətləndirilməsi;
- Forma 2, Forma 3 və digər zəruri sənədlərin düzgün və səhvsiz tərtib edilməsi;
- Bank qarantiyası, icra təminatı və müqavilə sənədlərinin hazırlanması və nəzarətdə saxlanılması;
- Dövlət qurumları ilə rəsmi və peşəkar yazışmaların aparılması;
- Satınalma proseslərində yarana biləcək hüquqi və sənədləşmə risklərinin əvvəlcədən müəyyən edilməsi və qarşısının alınması;
- Tender və müqavilə öhdəliklərinin vaxtında və düzgün icrasına nəzarət.
Namizədə dair tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika və ya digər uyğun ixtisaslar üzrə);
- Satınalma sahəsində minimum 2 il iş təcrübəsi;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununu və onun tətbiq mexanizmlərini praktiki səviyyədə bilmək;
- e-Satınalma portalında sərbəst və müstəqil işləmək bacarığı;
- Tender sənədlərinin və müqavilələrin hazırlanması üzrə praktiki biliklər;
- MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
- 1C, SAP və ya digər ERP sistemləri ilə işləmək təcrübəsi üstünlükdür;
- Analitik düşünmə və detallara yüksək diqqət;
- Yüksək məsuliyyət, dəqiqlik və intizam;
- Müstəqil qərarvermə və operativ işləmək bacarığı.
İş şəraiti:
- Struktur bölmə: Təchizat şöbəsi;
- İş qrafiki: Həftənin 5 günü;
- Əməkhaqqı: 2000 AZN.
Qeyd: Namizəd tender sənədlərinin düzgün tərtib edilməsinə, təqdim olunan məlumatların dəqiqliyinə və satınalma prosesində qanunvericiliyin tələblərinə riayət olunmasına görə məsuliyyət daşıyacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satınalma mütəxəssisi üzrə bazar adətən 850–2 000 ₼ ödəyir, median — 1 200 ₼.
87 açıq vakansiya, 63 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş həftənin 5 günü təşkil olunur.
Əməkhaqqı 2000 ₼ təşkil edir.
İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika və ya uyğun ixtisaslar tələb olunur.
Satınalma sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
MS Office, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı tələb olunur; 1C, SAP və ya digər ERP sistemləri ilə işləmək üstünlükdür.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununu praktiki səviyyədə bilməlidir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Ölkə daxili satınalma proseslərini idarə etmək və təchizatçılarla danışıqlar aparmaq bacarığı tələb olunur
Xarici satınalma proseslərini idarə edir və satınalma sahəsində minimum 2 il təcrübə tələb olunur
Malların və xidmətlərin satınalmasını idarə edir, 3 ildən çox təcrübə və MS Office bacarığı tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




