Xammal və avadanlıq alışı üzrə strateji satınalma proseslərini idarə edir, güclü danışıqlar bacarığı tələb olunur.
Vakansiya haqqında
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
- Nəqliyyat xidmətləri və nəqliyyat vasitələri ilə bağlı satınalma bazarının araşdırılması, yerli və xarici təchizatçıların müəyyən edilməsi, təchizatçı bazasının formalaşdırılması və təhlili;
- Nəqliyyat xidmətləri, yükdaşıma, nəqliyyat vasitələrinin icarəsi, ehtiyat hissələri, texniki xidmət və təmir, eləcə də digər nəqliyyat ehtiyacları üzrə satınalma prosesinin təşkili və idarə edilməsi;
- Daxili sifarişlər əsasında satınalma tələbatının təhlil edilməsi, müvafiq kateqoriyalar üzrə mal və xidmətlərin şirkətin daxili prosedurlarına uyğun, vaxtında və sərfəli şərtlərlə satın alınmasının təmin edilməsi;
- Nəqliyyat və logistika üzrə sifarişçilərlə sıx əməkdaşlıq edilməsi, texniki tələblərin və büdcə ehtiyaclarının dəqiqləşdirilməsi, xərclərin optimallaşdırılması məqsədilə alternativlərin qiymətləndirilməsi;
- Potensial təchizatçılara qiymət təklifləri sorğularının göndərilməsi, kommersiya təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması, qiymət, keyfiyyət, çatdırılma müddəti və xidmət şərtlərinin qiymətləndirilməsi;
- Təchizatçılarla qiymət, ödəniş, çatdırılma və xidmət şərtləri üzrə danışıqların aparılması, sərfəli satınalma şərtlərinin əldə edilməsi;
- Nəqliyyat xidmətləri və əlaqəli mal-materialların satın alınması üzrə tender prosesinin təşkili, tender sənədlərinin hazırlanması və tender komissiyasının işinin koordinasiyası;
- Satınalma sifarişlərinin hazırlanması, yerləşdirilməsi, icrasına nəzarət edilməsi və sifarişlərin vaxtında bağlanmasının təmin olunması;
- Nəqliyyat xidmətləri üzrə müqavilələrin hazırlanması prosesinin təşkili, müqavilə şərtlərinin razılaşdırılması və müqavilə öhdəliklərinin icrasına nəzarət edilməsi;
- Təchizatçılarla əməkdaşlığın, göstərilən xidmətlərin keyfiyyətinin və razılaşdırılmış şərtlərə uyğunluğun qiymətləndirilməsi;
- Satınalma və tender prosesləri üzrə sənədləşmənin aparılması, müvafiq reyestrlərin və hesabatların hazırlanması;
- Satınalma xərclərinin təhlil edilməsi, büdcəyə uyğunluğun izlənilməsi və xərclərin azaldılması imkanlarının müəyyənləşdirilməsi.
Namizədə dair tələblər
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika, Nəqliyyat və ya müvafiq sahələr üzrə);
- Satınalma sahəsində minimum 5 il iş təcrübəsi; nəqliyyat və logistika xidmətləri üzrə satınalma təcrübəsi üstünlükdür;
- Azərbaycan dilini əla, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
- Microsoft Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- 1C və ERP sistemləri ilə işləmək bacarığı;
- Satınalma prosedurları, tender prosesləri, müqavilə şərtləri və kommersiya danışıqları üzrə biliklər;
- Analitik düşünmə, danışıqlar aparmaq, təhlil etmək və xərcləri optimallaşdırmaq bacarığı;
- Satınalma sahəsi üzrə peşəkar sertifikatların olması üstünlükdür.
İş qrafiki:
- 5 günlük iş qrafiki;
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun təyin edilir.
Üstünlüklərimiz:
- Nahar və servis təminatı
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təchizat üzrə aparıcı mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satınalma mütəxəssisi üzrə bazar adətən 1 000–1 900 ₼ ödəyir, median — 1 300 ₼.
94 açıq vakansiya, 33 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
ATS Food LLC, founded in 1999, is one of the largest food manufacturers in Azerbaijan, producing flour, bread, pasta and confectionery through its Bismak and Çörəkçi factories.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Sumqayıt şəhərindədir.
İş qrafiki 5 günlük, saat 09:00-18:00-dır.
Əmək haqqı namizədin bilik və bacarığına uyğun təyin edilir.
Namizəd CV-ni “Təchizat üzrə aparıcı mütəxəssis” başlığı ilə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçAzərbaycan dili əla, rus və ingilis dilləri yaxşı səviyyədə tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Sumqayıtda digər açıq elanlar.
Satınalma proseslərini idarə edir, təchizatçıları seçir və müqavilələri həyata keçirir, 3 il təcrübə tələb olunur.
Satınalma proseslərini idarə edir və təchizatçı seçimi üzrə 5 il təcrübəyə malikdir.
Satınalma prosesini idarə edir, bazar təhlili aparır və təchizatçıları qiymətləndirir, 3 ildən çox təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





