Məhsulların satın alınması və təchizatçıların idarə olunması üzrə iş görür, minimum 3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Bizimlə İrəliyə!
"Energy Monitoring MMC" olaraq sürətlə inkişaf edən komandamıza dəyər qatacaq, peşəkar və məsuliyyətli Tender və Satınalma üzrə Mütəxəssis axtarırıq. Əgər siz də dinamik mühitdə çalışmaq və karyeranızı addım-addım irəliyə aparmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!
Əsas Vəzifələr
- İzləmə və Təhlil: Tender və satınalma elanlarının mütəmadi izlənilməsi, şərtlərin və texniki tapşırıqların dərindən analizi.
- Sənədləşmə: Tender sənədlərinin hazırlanması, təqdim olunması və elektron satınalma platformaları üzrə əməliyyatların həyata keçirilməsi.
- Təchizatçı İdarəetməsi: Potensial təchizatçıların araşdırılması, bazar qiymətlərinin öyrənilməsi və ən sərfəli təkliflərin toplanması.
- Koordinasiya: Satınalma proseslərinin planlaşdırılması, müqavilə və digər sənədlərin tərtibatına nəzarət edilməsi.
- Hesabatlılıq: Tender nəticələrinin izlənilməsi və rəhbərliyə müvafiq hesabatların təqdim olunması.
Namizədə Tələblər
- Tender və satınalma sahəsində müvafiq iş təcrübəsi;
- Tender prosedurları, elektron satınalma platformaları və sənədləşmə qaydaları haqqında biliklər;
- Güclü analitik düşüncə tərzi və rəqəmlərlə/sənədlərlə səliqəli işləmək bacarığı;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Yüksək məsuliyyət, diqqətlilik, operativlik və komandada işləmək bacarığı.
İş Şəraiti və İmkanlar
- Yeni və sürətlə inkişaf edən şirkətdə təcrübə qazanmaq;
- Peşəkar və inkişafyönümlü sağlam iş mühiti;
- Karyera yüksəlişi və şəxsi inkişaf imkanları;
- Uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq perspektivi.
- Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübə səviyyəsinə uyğun olaraq müsahibə zamanı qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Uyğun namizədlərdən CV-lərini e-poçt ünvanının mövzu hissəsinə mütləq "Tender və Satınalma üzrə Mütəxəssis" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satınalma mütəxəssisi üzrə bazar adətən 900–1 750 ₼ ödəyir, median — 1 200 ₼.
95 açıq vakansiya, 31 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
İş saatları və günləri barədə məlumat verilməyib.
Əmək haqqı namizədin bilik, bacarıq və təcrübə səviyyəsinə uyğun müsahibə zamanı razılaşdırılır.
Namizəd CV-ni mövzu hissəsində "Tender və Satınalma üzrə Mütəxəssis" yazaraq göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçTender prosedurları, elektron satınalma platformaları və sənədləşmə qaydaları haqqında biliklər tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Satınalma müqavilələrinin hazırlanması və tədarükçülərlə danışıqlar aparmaq bacarığı tələb olunur.
Xarici satınalma üzrə mütəxəssis kimi beynəlxalq bazarlarda təchizatçıları araşdırır və satınalma prosesini idarə edir
Sənaye məhsullarının təchizatını idarə edir və texniki sənədləri oxumağı bacarır.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





