Vakansiya haqqında

Grinco MMC dövlət və korporativ layihələr üzrə müxtəlif məhsul və avadanlıqların təchizatını həyata keçirir. Beynəlxalq bazarlarda araşdırma aparmağı, istehsalçılarla danışıqlar qurmağı və satınalma prosesini nəticəyə çatdırmağı bacaran mütəxəssis axtarırıq.

Əsas vəzifələr

  • Texniki tələblərə uyğun məhsul, marka və modellərin müəyyən edilməsi, xarici istehsalçı və təchizatçıların tapılması;
  • Təchizatçıların etibarlılığının yoxlanılması, qiymət və kommersiya təkliflərinin müqayisəli təhlili;
  • Qiymət, ödəniş, istehsal, çatdırılma və zəmanət şərtləri üzrə danışıqların aparılması;
  • Tender və satınalma layihələri üçün texniki məlumatların, kataloqların, sertifikatların və tələb olunan istehsalçı sənədlərinin toplanması;
  • Məhsul və logistika xərcləri nəzərə alınmaqla maya dəyərinin hesablanması;
  • Sifarişlərin təsdiqdən təhvilədək izlənilməsi, istehsal və çatdırılma müddətlərinə nəzarət;
  • Uyğunsuzluqların və gecikmə risklərinin vaxtında müəyyən edilməsi, həll yollarının hazırlanması;
  • Təchizatçı bazasının, satınalma sənədlərinin və sifariş hesabatlarının sistemli aparılması.

Axtardığımız namizəd

  • Xarici satınalma sahəsində minimum 2 il praktiki təcrübəyə malikdir;
  • İngilis dilində sərbəst işgüzar yazışma və şifahi danışıqlar apara bilir;
  • Alibaba, Made-in-China və digər mənbələrdən istifadə edərək istehsalçıları müstəqil araşdırır;
  • Texniki spesifikasiyaları təhlil edir, təklif olunan məhsulun tələblərə uyğunluğunu yoxlayır;
  • Incoterms, beynəlxalq daşınma və idxal sənədləşməsi üzrə praktiki biliklərə malikdir;
  • Excel-də qiymət müqayisəsi və xərc hesablamaları hazırlaya bilir;
  • İşini planlaşdırır, razılaşdırılmış müddətlərə əməl edir və başladığı işi nəticəyə çatdırır.

Əlavə üstünlüklər

Çin və Türkiyə bazarları ilə iş, tender layihələri, idman avadanlıqları və promo məhsullar üzrə təcrübə; rus və ya Çin dili biliyi; ERP sistemləri ilə işləmək bacarığı.

Təklif edirik

  • Aylıq əməkhaqqı: 1 500–2 000 AZN net;
  • Təcrübə və praktiki bacarıqlara uyğun əməkhaqqının müəyyən edilməsi;
  • Rəsmi əmək müqaviləsi və tam ştat iş;
  • Beynəlxalq istehsalçılar və müxtəlif təchizat layihələri ilə işləmək imkanı.

İş yeri: Bakı şəhəri, Rövşən Əliyev küçəsi 1, Nobel Hotel yaxınlığı.

CV-nizi “Xarici satınalma üzrə mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubda işlədiyiniz xarici bazarları və satınalma təcrübəniz olan məhsul kateqoriyalarını qısa qeyd edin.

İlkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Rövşen ƀliyev kücəsi 1, Nobel Hotel yaxınlığı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 500–2 000 ₼
Yerləşdirilib
29 sentyabr 2026
Dillər
English, Russian, Chinese (Mandarin)
Son tarix
29 oktyabr 2026
Baxış
22

Maaş bazarla müqayisədə

Satınalma mütəxəssisi üzrə bazar adətən 900–1 750 ₼ ödəyir, median — 1 200 ₼.

bu vakansiya · 1 500–2 000 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

95 açıq vakansiya, 31 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Satınalma mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

Grinco
Topdansatış və pərakəndə ticarət, Topdansatış və distribusiya · Baku
Grinco — bütün vakansiyalar

Grinco MMC, xidmət keyfiyyəti və bu keyfiyyətə paralel olaraq artım sürəti ilə hazırda 5000 -dən çox stoklu məhsulu və 1000 -dən çox müştərisi ilə ölkəmizin aparıcı iş yerinin təchizat mərkəzi olaraq fəaliyyətini davam etdirir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

Bakı şəhəri, Rövşən Əliyev küçəsi 1, Nobel Hotel yaxınlığıdır.

Tam ştat iş rejimidir, iş saatları barədə məlumat verilməyib.

Aylıq əməkhaqqı 1 500–2 000 AZN netdir, təcrübə və bacarıqlara uyğun müəyyən edilir.

Xarici satınalma sahəsində minimum 2 il praktiki təcrübə tələb olunur.

İngilis dilində sərbəst işgüzar yazışma və danışıqlar, Alibaba və Made-in-China platformalarından istifadə bacarığı tələb olunur.

CV-ni “Xarici satınalma üzrə mütəxəssis” mövzusu ilə göndərin, xarici bazarlar və məhsul kateqoriyalarını qeyd edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Satınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

NH Group
Middle · 2+ ilBakı
1 500₼

Təchizat üzrə mütəxəssis kimi satınalma və idxal proseslərini idarə etmək üçün 2 il təcrübə tələb olunur.

ProcurementSupply Chain ManagementMarket ResearchSupplier Negotiation+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
GESCO ASC
Middle · 3+ ilBakı
1 700₼

Satınalma proseslərini idarə edir və təchizat üzrə ən azı 3 il təcrübəyə malikdir.

NegotiationMarket AnalysisRisk ManagementReporting+16
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Baku Shipyard LLC
Middle · 1+ ilBakı
Maaş göstərilməyib

Avadanlıq spesifikasiyalarını oxuyur, tenderləri idarə edir və təchizat prosesini təmin edir.

NegotiationCost AnalysisTender ManagementMaterial supply management+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Max Print
Middle · 2+ ilBakı
1 500₼

Tikinti və istehsalat layihələri üçün materialların təchizatını təşkil edir, minimum 2 il təcrübə tələb olunur.

ProcurementSupply Chain ManagementPrice NegotiationCommercial Analysis+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
1 500–2 000 ₼
Xarici satınalma mütəxəssisi
Müraciət et