Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Şirkətin iştirak etdiyi tenderlər üzrə texniki tapşırıqların, spesifikasiyaların və tələblərin təhlili, tələb olunan məhsul və avadanlıqların dəqiq müəyyən edilməsi;
  • Həmin məhsul və avadanlıqlar üzrə xarici bazarın, istehsalçıların və potensial təchizatçıların araşdırılması;
  • Xarici təchizatçılara qiymət sorğularının göndərilməsi, kommersiya şərtlərinin müzakirəsi və daha əlverişli təkliflərin əldə olunması;
  • Təklif olunan məhsulların tender tələblərinə və texniki spesifikasiyalara uyğunluğunun yoxlanılması;
  • Texniki və kommersiya təkliflərinin müqayisəli təhlili və rəhbərliyə əsaslandırılmış seçimlərin təqdim edilməsi;
  • Məhsulun tam maya dəyərinin hesablanması: alış qiyməti, logistika, gömrük, vergi və digər xərclər daxil olmaqla;
  • Tender qiymət təklifinin hazırlanması üçün müvafiq komandaya təchizatçı qiymətlərinin, çatdırılma müddətlərinin və uyğunluq məlumatlarının təqdim edilməsi;
  • Tenderdə qalib gəlindikdən sonra xarici təchizatçılarla sifariş, müqavilə və spesifikasiyaların hazırlanması və prosesin izlənilməsi;
  • Daşıma sxeminin seçilməsi, yükün həcmi və çəkisi üzrə hesablamaların aparılması, logistika tərəfdaşları ilə koordinasiya;
  • Gömrük rəsmiləşdirilməsi və daşınma üçün tələb olunan sənədlərin (invoice, packing list, CMR, mənşə sertifikatı və s.) yoxlanılması;
  • Sifarişlərin istehsal, ödəniş, yüklənmə, çatdırılma və təhvil mərhələlərinin izlənilməsi;
  • Təchizatçılar və tərəfdaşlarla davamlı işgüzar əlaqələrin saxlanılması;
  • Satınalmalar üzrə məlumatların sistemləşdirilməsi, hesabatların hazırlanması və son icra tarixlərinə nəzarət.

Namizədə tələblər

  • Xarici satınalma, idxal, təchizat və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində minimum intermediate səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Incoterms qaydaları, beynəlxalq logistika və idxal prosesləri haqqında biliklər;
  • Texniki spesifikasiyaları, kataloqları və avadanlıqların texniki xüsusiyyətlərini anlama və müqayisə etmə bacarığı;
  • Excel, Word və digər ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Böyük həcmli məlumatlarla işləmək, qiymət və kommersiya göstəricilərini analiz etmək bacarığı;
  • Yüksək diqqətlilik, məsuliyyət, danışıqlar aparmaq və sıx deadline şəraitində işləmək bacarığı.

İş şəraiti

  • Ofis Babək Plaza-da, Xətai metrosunun yaxınlığında yerləşir;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Şirkət tərəfindən iş noutbuku, telefon və korporativ nömrə təmin olunur;
  • İş rejimi: 5/2;
  • İstirahət və bayram günləri istisna olmaqla həftəlik 40 iş saatı;
  • İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, əmək müqaviləsi əsasında rəsmiləşdirilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız vakansiyada qeyd olunan tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Babək Plaza, Xətai metrosu yaxınlığı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
28 oktyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
28 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
31

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Satınalma mütəxəssisi üzrə bazar adətən 900–2 000 ₼ ödəyir, median — 1 400 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

87 açıq vakansiya, 45 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Satınalma mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

Caspion Construction & Procurement LLC
Bakı
Caspion Construction & Procurement LLC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Babək Plaza, Xətai metrosu yaxınlığında yerləşir.

İş rejimi həftədə 5 gün, 40 saatdır, istirahət və bayram günləri istisnadır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, əmək müqaviləsi əsasında rəsmiləşdirilir.

Xarici satınalma, idxal, təchizat və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi tələb olunur.

Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində minimum intermediate səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı tələb olunur.

Excel, Word və digər ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı tələb olunur.

Namizədlər öz CV-lərini elektron poçt vasitəsilə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Satınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

Ram Holding
Junior · 1–3 ilBakı
Maaş göstərilməyib

Satınalma üzrə mütəxəssis təchizatçıların seçilməsi və müqavilə danışıqları aparır, analitik bacarıq tələb olunur.

Contract NegotiationCost AnalysisReport PreparationTeamwork+11
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Azera Holding
Junior · 1+ ilBakı
1 500₼

Təchizat ehtiyaclarını təhlil edir, satınalma planını hazırlayır və 1C proqramında işləməyi bacarır.

Market ResearchSupply Chain CoordinationInventory ManagementBudget Control+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Xarici satınalmalar üzrə mütəxəssis
Müraciət et