Məhsul və xidmətlərin satınalmasını həyata keçirir, təchizatçıları qiymətləndirir və danışıqlar aparır.
Vakansiya haqqında
İş şəraiti
- İş qrafiki: Həftəiçi 08:00 – 17:00, Şənbə 10:00 – 13:00
- Məkan: Bakı şəhəri, Nərimanov rayonu
- Əməkhaqqı: 600 - 800 AZN (fiks) + Performans üzrə bonuslar (KPI)
Əsas öhdəliklər:
- Yerli və xarici təchizatçı bazasının araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli analizin aparılması
- Satınalma sifarişlərinin vaxtında və daxili prosedurlara uyğun rəsmiləşdirilməsi
- Təchizatçılarla ilkin danışıqların aparılması və müqavilə şərtlərinin razılaşdırılmasına dəstək göstərilməsi
- Sifariş olunan mal və xidmətlərin çatdırılma müddətinə, eləcə də keyfiyyətinə nəzarət olunması
- Beynəlxalq və local logistika, idxal və gömrük prosedurları
- Satınalma sənədlərinin (hesab-faktura, qaimə, təhvil-təslim aktları) sistemli uçotunun aparılması və mühasibatlığa təhvil verilməsi
- Təchizatçı bazasının mütəmadi yenilənməsi və hesabatlığın təmin edilməsi
Namizədə olan tələblər:
- Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Logistika və ya əlaqəli sahələr)
- Satınalma, təchizat və ya logistika sahəsində 1 il və daha çox , təcrübə proqramı keçmiş olmaq (üstünlükdür)
- MS Office proqramlarını (xüsusilə MS Excel) yaxşı səviyyədə bilmək
- Azərbaycan dilini səlis bilmək (Rus və ingilis dil biliyi arzuolunandır)
- Danışıqlar aparmaq və operativ ünsiyyət qurmaq bacarığı
- Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət hissi
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- Rəqabət qabiliyyətli gəlir: 600- 800 AZN (fiks ) + aylıq KPI bonusları
- Nahar yeməyi təminatı
- Korporativ nömrə və balans
- Peşəkar və dəstəkləyici kollektivdə iş imkanı
- Satınalma sahəsində təlimlər, karyera yüksəlişi və inkişaf perspektivləri
- Şirkətidə sosial fəaliyyətlərdə iştirak imkanı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində "Satınalma üzrə kiçik mütəxəssis" qeyd etməklə göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: +994 99 350 49 96
Şirkət haqqında
2020-ci ildə Bakı şəhərində təsis edilən Retinalab şirkəti oftalmologiya sahəsinə köklənən və bu sahədə A-dan Z-yə mütəxəssisləşməyi özünə hədəf seçən professional komandası ilə birgə fəaliyyət göstərən tibbi şirkətdir.
Retinalab — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Tikinti şirkətində məhsul və xidmətlərin satınalınmasını həyata keçirmək üçün təcrübə tələb olunur
Layihələrin idarə olunması, tenderlərin təşkili və satınalma üzrə ən azı 1 il təcrübə tələb olunur.
Satış və satınalma proseslərini idarə etmək üçün məsuliyyətli şəxs tələb olunur.



