Yerləşmə
Azərbaycan
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
20 avqust 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Layihə və ya müəssisə üzrə material və avadanlıq tələbatının müəyyənləşdirilməsində iştirak etmək;
  • Təchizat planının hazırlanmasına və icrasına nəzarət etmək;
  • Təchizatçıların araşdırılması, seçilməsi və qiymətləndirilməsini həyata keçirmək;
  • Qiymət sorğularını (RFQ) hazırlamaq, toplamaq və müqayisəli təhlilini aparmaq;
  • Satınalma sifarişlərinin (PO) hazırlanmasını, təsdiqini və icrasını təşkil etmək;
  • Təchizat müqavilələrinin və satınalma şərtlərinin razılaşdırılması prosesində iştirak etmək;
  • Təchizat prosesinin təsdiq edilmiş iş qrafikinə uyğun icrasını izləmək;
  • Material və avadanlıqların çatdırılma vəziyyətinə nəzarət etmək, gecikmələrin qarşısının alınması üçün müvafiq tədbirlər görmək;
  • Anbar, logistika və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
  • Təchizat sənədlərinin (Invoice, Packing List, MTC və s.) düzgünlüyünü və tamlığını yoxlamaq;
  • Təchizatçıların fəaliyyətini qiymətləndirmək və onların performans göstəricilərini izləmək;
  • Satınalma prosesinin təsdiq edilmiş büdcəyə uyğun həyata keçirilməsinə nəzarət etmək;
  • Alınan məhsul və avadanlıqların keyfiyyət və texniki tələblərə uyğunluğunun təmin edilməsində iştirak etmək;
  • Sifarişçi və layihə komandası ilə effektiv koordinasiya aparmaq;
  • Satınalma fəaliyyəti üzrə aylıq və dövri hesabatlar hazırlamaq.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
  • 1C proqramı ilə işləmək bacarığı;
  • Azərbaycan dilini sərbəst, ingilis dilini minimum B1 səviyyəsində bilmək;
  • Satınalma və təchizat prosesləri üzrə normativ sənədlər və prosedurlar haqqında bilik;
  • Məsuliyyətli, dəqiq, təşəbbüskar və komanda ilə işləmək bacarığı;
  • Dinamik iş mühitində operativ qərarvermə və yüksək kommunikasiya bacarığı;
  • Güclü analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı.

İş şəraiti:

  • İş qrafiki: Həftədə 5 iş günü, 2 gün istirahət;
  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.

Müvafiq tələblərə cavab verən namizədlər şəkilli CV-lərini mövzu hissəsində "Satınalma üzrə Mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət haqqında

Amina and S Group
Tikinti, İnfrastruktur tikintisi · Baku

AMINA AND S GROUP LLC (MMC) — Azərbaycanda və beynəlxalq mühitdə fəaliyyət göstərən mühəndislik və çoxprofilli podratçı şirkətdir. Şirkətimiz tikinti, boru kəməri işləri, qaynaq, yol tikintisi, sənaye layihələri, MEP, dizayn və təchizat sahələrində peşəkar xidmətlər göstərir və müştərilər üçün kompleks həllər təqdim edir. Sənaye seqmentində AMINA AND S GROUP SOCAR-ın etibarlı podratçısı kimi tanınır. Portfelimizə Heydər Əliyev Neft Emalı Zavodu (HAOR), SOCAR Karbamid Zavodu, SOCAR Qaz Emalı Zavodu və SOCAR Polymer kimi strateji obyektlərdə texniki xidmət, təmir və modernizasiya işləri daxildir. Bu təcrübə bizə neft-qaz sənayesində yüksək standartlara uyğun xidmət göstərmək və mühüm sənaye müəssisələrinin dayanıqlı işləməsinə dəstək olmaq imkanı verir. Şirkətimizin əsas üstünlükləri güclü komanda ruhu, etibarlılıq və peşəkarlıqdır. Bizim prinsipimiz sadədir: “Sifarişçilərimizdən növbəti layihələrini bizə həvalə etmək istəyi yaratmaq.” Bu yanaşma sayəsində uzunmüddətli tərəfdaşlıqlar qurmuş, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda uğurla böyümüşük. AMINA AND S GROUP-un beynəlxalq şəbəkəsi də genişlənməkdədir. Şirkətin Rumıniyada və Moldovada filialları fəaliyyət göstərir, Türkiyədə isə artıq təsis olunmuş hüquqi qurumumuz var. Bu beynəlxalq mövcudluq bizə müxtəlif regionlarda layihələr həyata keçirməyə və müştərilərimizi ehtiyac duyduqları yerdə dəstəkləməyə imkan verir. Əsas dəyərlərimiz: etibar, peşəkarlıq, fədakarlıq və bir komanda prinsipi. Bizim üçün uğur yalnız layihələrin uğurla başa çatdırılması deyil, həm də insanlara dəyər qatmaq və uzunmüddətli inkişafı təmin etməkdir.

Amina and S Group — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Satınalma üzrə Mütəxəssis
Müraciət et