Vakansiya haqqında

Təsvir

  • Şirkətin mal, material, avadanlıq və xidmətlər üzrə satınalma proseslərinin effektiv, şəffaf və vaxtında həyata keçirilməsini təmin etmək, optimal qiymət və kommersiya şərtləri əldə etmək, eləcə də etibarlı təchizatçı bazasının formalaşdırılmasında yaxından iştirak etmək.

Əsas Vəzifə Öhdəlikləri:

  • Tender və Sorğuların İdarəedilməsi: Tender, RFQ (Qiymət Sorğusu) / RFP (Təklif Sorğusu) sənədlərinin hazırlanması, göndərilməsi və prosesin idarə olunması.
  • Təhlil və Seçim: Daxil olan kommersiya təkliflərinin müqayisəli təhlilini aparmaq və ən optimal təchizatçının seçilməsini təmin etmək.
  • Danışıqların Aparılması: Yerli və xarici təchizatçılarla qiymət, ödəniş, çatdırılma və digər kommersiya şərtləri üzrə səmərəli danışıqlar aparmaq.
  • Bazar Araşdırması: Yerli və beynəlxalq bazarların mütəmadi araşdırılması və şirkət üçün etibarlı təchizatçı bazasının formalaşdırılması.
  • Koordinasiya və Nəzarət: Bir neçə satınalma prosesini paralel idarə etmək, gömrük, idxal və logistika proseslərini izləmək və digər struktur bölmələrlə (maliyyə, anbar və s.) effektiv əməkdaşlıq etmək.

Namizədə dair Tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika və ya əlaqəli sahələr üzrə).
  • Təcrübə: Satınalma sahəsində minimum 2 il iş təcrübəsi (Yerli və xarici təchizatçılarla iş təcrübəsi mütləqdir).
  • Peşəkar Biliklər:
  • Müqavilə, ödəniş, çatdırılma və digər kommersiya şərtləri üzrə əsas biliklər.
  • İncoterms qaydaları və beynəlxalq satınalma prosesləri haqqında məlumatlılıq.
  • İdxal, logistika və gömrük prosesləri üzrə ümumi anlayış.
  • Kompüter Bilikləri: MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı. (ERP və ya ixtisaslaşmış satınalma sistemlərində iş təcrübəsi üstünlük hesab olunur).

Dil Bilikləri:

  • Azərbaycan dili: Ana dili;
  • Rus dili və İngilis dili Minimum B2 səviyyəsi (Üstünlükdür).

Şəxsi Keyfiyyətlər:

  • Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı, analitik düşüncə, rəqəmlərlə işləmə və məlumatları təhlil etmə qabiliyyəti. Detallara diqqətli, məsuliyyətli, nəticəyönümlü olmaq və vaxtı düzgün idarə etmək.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
14 sentyabr 2026

Şirkət haqqında

Yalama Agropark MMC
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, Heyvandarlıq · Baku

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 ha torpaq sahəsində “Yalama Aqropark”ın yaradılmışdır.

Yalama Agropark MMC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Satınalma üzrə mütəxəssis
Müraciət et