Əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərini həyata keçirir, 3-5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
-
Müəssisədə əməyin mühafizəsi, texniki və sənaye təhlükəsizliyi normalarının tətbiqinə və icrasına nəzarət etmək;
-
Əmək təhlükəsizliyi, istehsalat qəzaları və xəsarətlər, fərdi qoruyucu vasitələrin verilməsi, yanğın təhlükəsizliyi, dağ-mədən və partlayış təhlükəli işlərlə bağlı jurnalların qanunvericiliyə uyğun, vaxtında və düzgün aparılmasını təmin etmək;
-
Dağ-mədən və partlayış təhlükəli sahələrdə işlərin Fövqəladə Hallar Nazirliyinin (FHN) normativ tələblərinə uyğun həyata keçirilməsinə nəzarət etmək və müvafiq qurumlarla əlaqələri təmin etmək;
-
İş yerlərində təhlükə mənbələrini müəyyənləşdirmək, peşə risklərini qiymətləndirmək və qabaqlayıcı tədbirlər görmək;
-
Fövqəladə hallara hazırlıq və operativ reaksiya planlarının hazırlanmasında iştirak etmək;
-
İşçilər üçün əməyin mühafizəsi, texniki və sənaye təhlükəsizliyi üzrə təlimlər təşkil etmək və keçirmək;
-
Fərdi qoruyucu vasitələrlə (FQV) təminatın müvafiq normativ tələblərə və daxili standartlara uyğunluğuna nəzarət etmək;
-
Daxili və xarici auditlərdə, həmçinin FHN tərəfindən keçirilən planlı və plandankənar yoxlamalarda iştirak etmək, tələb olunan sənədləri hazırlamaq və təqdim etmək;
-
Müdafiə sənayesi sahəsinə aid məxfilik rejiminə və təhlükəsizlik tələblərinə riayət olunmasını təmin etmək;
-
Rəhbərlik tərəfindən verilən əməyin mühafizəsi, texniki və sənaye təhlükəsizliyi ilə bağlı digər tapşırıqları yerinə yetirmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Səhiyyə, təhlükəsizlik və ətraf mühit mühəndisi üzrə bazar adətən 1 000–1 750 ₼ ödəyir, median — 1 500 ₼.
15 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Səhiyyə, təhlükəsizlik və ətraf mühit mühəndisi kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Əməyin mühafizəsi, texniki və sənaye təhlükəsizliyi normalarının tətbiqinə nəzarət edilir, təlimlər təşkil olunur.
FHN normativ tələblərinə uyğun işlərin həyata keçirilməsinə nəzarət və fövqəladə hallara hazırlıq planlarının hazırlanmasında iştirak olunur.
FQV-nin normativ tələblərə və daxili standartlara uyğunluğuna nəzarət edilir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSəhiyyə, təhlükəsizlik və ətraf mühit mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Əməyin mühafizəsi və mülki müdafiə üzrə təhlükəsizlik tədbirlərini hazırlayır və həyata keçirir, ən azı 2 il təcrübəsi var.
Şöbənin fəaliyyətini təşkil edir, təhlükəsizlik və keyfiyyətə nəzarət edir, minimum 5 il təcrübə tələb olunur.
Əməyin mühafizəsi sistemini təşkil edir və təhlükəsizlik yoxlamaları aparır, risk qiymətləndirmə bacarığı tələb olunur.

