Şirkətin EHS sistemini idarə edir və ISO 45001 bilikləri tələb olunur.
Vakansiya haqqında
İş barədə məlumat
- GeoProbe MMC geotexniki tədqiqat, mühəndis-geoloji araşdırmalar, geodeziya və laborator xidmətləri sahəsində fəaliyyət göstərən mühəndislik şirkətidir.
- Şirkətin sahə və ofis fəaliyyətləri və layihələri çərçivəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə standartların tətbiq edilməsi, risklərin qiymətləndirilməsi və təhlükəsiz iş mühitinin təmin olunması məqsədilə HSE Specialist / Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Mütəxəssis axtarırıq.
Namizədə dair tələblər
- Mühəndislik, ətraf mühit və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Sahə (site) və ya layihə mühitində HSE üzrə minimum 3 il iş təcrübəsi (geotexnika, tikinti və ya mühəndislik sahəsində təcrübə üstünlükdür);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi və HSE sahəsi üzrə qanunvericilik aktları haqqında bilik;
- ISO 45001 və ISO 14001 idarəetmə sistemləri üzrə bilik və praktiki təcrübə;
- Beynəlxalq sertifikatların olması (NEBOSH IGC, IOSH və ya OHSAS) üstünlükdür;
- Risklərin qiymətləndirilməsi (Risk Assessment), JSA (Job Safety Analysis) və Toolbox Talk təlimlərinin keçirilməsi bacarığı;
- Hadisələrin, qəzaların araşdırılması, kök səbəblərin təhlili (Root Cause Analysis) və hesabatların hazırlanması üzrə təcrübə;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis və rus dillərini bilmək üstünlükdür;
- MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- Yüksək məsuliyyət, müşahidəçilik, qərarvermə və sahədə effektiv kommunikasiya qurmaq bacarığı.
Vəzifə öhdəlikləri
- Şirkətin obyektlərində, laboratoriyalarında və geotexniki sahə layihələrində təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- Sahədə potensial riskləri və təhlükələri müəyyən etmək, risklərin qiymətləndirilməsi (Risk Assessment) sənədlərini hazırlamaq;
- İşçilər üçün giriş, dövri və xüsusi HSE təlimləri, habelə gündəlik TBM (Toolbox Talk) təlimləri təşkil etmək və keçirmək;
- Fərdi Mühafizə Vasitələrinin (FMV) düzgün seçilməsi, paylanması və istifadəsinə mütəmadi nəzarət etmək;
- Hadisələri (incidents), qəzaları və yaxın təhlükəli hadisələri (near-miss) araşdırmaq, kök səbəbləri müəyyən etmək və təshihedici tədbirlər planı hazırlamaq;
- ISO 9001, ISO 14001 və ISO 45001 standartlarının tələblərinin sahədə icrasını təmin etmək və auditlərdə iştirak etmək;
- HSE üzrə daxili yoxlamalar (inspeksiyalar) keçirmək, uyğunsuzluqları aşkar etmək və onların aradan qaldırılması üçün sahə rəhbərlərinə müvafiq tapşırıqlar vermək;
- Podratçı və subpodratçı şirkətlərin HSE tələblərinə uyğun fəaliyyət göstərməsini izləmək;
- Gündəlik, həftəlik və aylıq HSE hesabatlarını və statistik məlumatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Fövqəladə hallara hazırlıq və təxliyə planlarının tətbiqini təmin etmək, təlimlər (drill) təşkil etmək.
Əmək haqqı və şərtlər
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
- Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə;
- Peşəkar inkişaf və karyera imkanları;
- Müasir və peşəkar iş mühiti.
Tələblərə uyğun namizədlərdən CV-lərini elektron poçtun mövzu hissəsində “HSE Specialist” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
7 oktyabr 2026
Şirkət haqqında
GeoProbe
Baku
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
İş şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi üzrə tədbirləri təşkil edir, ISO standartları üzrə bilik tələb olunur.
Maaş göstərilməyib
HSE sahəsində idarəetmə aparır, risk qiymətləndirmə və ISO 45001 bilikləri tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Keyfiyyət idarəetmə sistemlərini inkişaf etdirir və minimum 5 il təcrübəyə malikdir.




