Əməyin mühafizəsi və təhlükəsizlik üzrə nəzarət və risk qiymətləndirilməsi həyata keçirmək.
Vakansiya haqqında
Əsas vəzifələr:
- Əməyin mühafizəsi və təhlükəsizlik üzrə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini izləmək, onların şirkətdə tətbiqinə nəzarət etmək və müvafiq daxili prosedurların bu tələblərə uyğunluğunu təmin etmək.
- İş yerlərində əməyin təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
- SƏTƏM üzrə riskləri müəyyən etmək və onların azaldılması üçün tədbirlər təklif etmək;
- Əməkdaşların təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsində iştirak etmək;
- Müvafiq təlim və təlimatlandırmaların təşkilinə dəstək göstərmək;
- İş prosesi zamanı yarana biləcək təhlükəli halların qarşısının alınması üçün nəzarət tədbirləri həyata keçirmək;
- SƏTƏM üzrə daxili yoxlamalar aparmaq və nəticələr barədə hesabat hazırlamaq;
- Hadisə, insident və uyğunsuzluqların araşdırılmasında iştirak etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik sənədlərinin hazırlanmasına və yenilənməsinə dəstək göstərmək;
- Dövlət orqanları və daxili audit tələbləri üzrə zəruri sənədləşməni təmin etmək;
- Ətraf mühitin qorunması ilə bağlı daxili qaydalara riayət olunmasına nəzarət etmək.
Namizədə tələblər:
- Ali təhsil (uyğun sahə üzrə üstünlükdür)
- Müvafiq sahədə minimum 4 il iş təcrübəsi
- İOSH, Peşə sağlamlığı, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM), Sənayedə Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi, Hündürlükdə işlərin təhlükəsiz görülməsi, Hadisələrin araşdırılması, Təhlükələrin müəyyən edilməsi və risklərin qiymətləndirilməsi, İlk yardım, Yanğından mühafizə və s. sertifikatları
- Azərbaycan dili – yüksək səviyyədə, rus və ingilis dili – arzuolunandır
- MS Office proqramlarında (xüsusilə Excel və PowerPoint) yüksək işləmə bacarığı
- Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik üzrə qanunvericiliyi barədə biliklər;
- Risklərin qiymətləndirilməsi və insidentlərin araşdırılması üzrə praktiki biliklər;
- Sənədləşmə və hesabat hazırlama bacarığı;
- Məsuliyyətli, diqqətli və sistemli yanaşma;
- Əməkdaşlarla effektiv ünsiyyət qurmaq bacarığı;
- Analitik düşünmə və təşkilatçılıq bacarıqları
- Güclü yazılı və şifahi kommunikasiya
- Məxfilik, dəqiqlik və məsuliyyətlilik
Gözlənilən nəticə
- SƏTƏM üzrə mütəxəssisin işə qəbul edilməsi nəticəsində şirkətdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi, risklərin daha operativ idarə olunması, əməkdaşların təhlükəsizlik qaydalarına riayət səviyyəsinin artırılması və müvafiq qanunvericilik tələblərinə uyğunluğun təmin edilməsi gözlənilir
Biz təklif edirik:
- Peşəkar və inkişaf yönümlü iş mühiti;
- Praktiki bilik və bacarıqları inkişaf etdirmək üçün şərait;
- Karyera inkişafı perspektivi.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Sətəm üzrə Mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Yerləşmə
Azərbaycan
Təcrübə
4+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
12 avqust 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
12 sentyabr 2026
Şirkət haqqında
Group Motors
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Maliyyə bazarlarını və investisiya alətlərini təhlil edir, analitik bacarıq tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib4 gün qalıb
SƏTƏMM üzrə mütəxəssis kimi əməyin mühafizəsi və ətraf mühitin qorunmasını təmin edir.
Maaş göstərilməyib
Tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin edir, minimum 2 il təcrübə tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət



