Vakansiya haqqında

İş şəraiti

  • İş yeri: Abşeron Ticarət Mərkəzi (T/M)
  • Əməkhaqqı: 1500–2000 AZN + KPI bonusu
  • İş qrafiki: 6 günlük iş həftəsi

Biz kimik?

  • “Sahara Electronics” MMC 2013-cü ildən etibarən elektronika və məişət texnikası sektorunda fəaliyyət göstərən, pərakəndə və topdan satış istiqamətləri üzrə geniş şəbəkəyə malik şirkətdir.
  • Fəaliyyət istiqamətlərimizə pərakəndə və topdan satış, distribütorluq, korporativ əməkdaşlıq və satışsonrası servis xidmətləri daxildir.
  • Bizim üçün uğur yalnız satış nəticələri deyil, həm də peşəkar komanda, müştəri məmnuniyyəti və davamlı inkişaf deməkdir. İnnovasiyalara, keyfiyyətə və əməkdaşlığa verdiyimiz önəmlə fəaliyyətimizi daim inkişaf etdirir, komandamıza qoşulan hər bir əməkdaşın ümumi uğurumuza töhfəsini dəyərləndiririk.

Sahara Electronics komandamıza elektronika və məişət texnikası sektorunda təcrübəli, analitik düşünmə və planlaşdırma bacarıqlarına malik Kateqoriya meneceri (Stok meneceri) axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Elektronika və məişət texnikası üzrə məhsul kateqoriyalarının idarə olunması;
  • Məhsul çeşidinin formalaşdırılması və kateqoriyalar üzrə assortimentin optimallaşdırılması;
  • Satış dinamikasının, məhsul dövriyyəsinin və bazar tələbinin təhlil edilməsi;
  • Məhsul ehtiyatlarının planlaşdırılması və optimal stok səviyyəsinin təmin edilməsi;
  • Satış proqnozlarına əsasən sifariş ehtiyaclarının müəyyənləşdirilməsi;
  • Məhsulların stokda mövcudluğunun və vaxtında təminatının izlənilməsi;
  • Yavaş dövr edən, hərəkətsiz və artıq stokda qalan məhsulların müəyyən edilməsi və müvafiq tədbirlərin görülməsi;
  • Məhsul kateqoriyaları üzrə satış, gəlirlilik və stok dövriyyəsi göstəricilərinin təhlili;
  • Təchizatçılarla məhsul sifarişləri, çatdırılma müddətləri və kommersiya şərtləri üzrə koordinasiyanın aparılması;
  • Məhsulların alış və satış qiymətlərinin, marja və gəlirlilik göstəricilərinin təhlilində iştirak;
  • Anbar və mağazalar arasında məhsul bölgüsünün və yerdəyişməsinin optimallaşdırılması;
  • İnventarizasiya nəticələrinin təhlili və stok fərqlərinin araşdırılması;
  • ERP və stok idarəetmə sistemində məlumatların düzgünlüyünə nəzarət;
  • Rəhbərlik üçün mütəmadi satış, stok və kateqoriya hesabatlarının hazırlanması.

Namizədə dair tələblər:

  • Elektronika və məişət texnikası sahəsində minimum 3 il iş təcrübəsi;
  • Pərakəndə ticarət sektorunda kateqoriya meneceri, stok meneceri və ya müvafiq istiqamətdə idarəetmə təcrübəsi;
  • Elektronika və məişət texnikası məhsul kateqoriyaları üzrə geniş biliklər;
  • Məhsul çeşidi, SKU idarəetməsi və stok planlaşdırılması üzrə praktiki təcrübə;
  • Satış analitikası, məhsul dövriyyəsi və tələb proqnozlaşdırılması bacarığı;
  • Stok optimallaşdırılması və hərəkətsiz məhsulların idarə edilməsi üzrə təcrübə;
  • Alış-satış qiymətləri, marja və gəlirlilik göstəricilərini təhlil etmək bacarığı;
  • Təchizatçılarla danışıqlar və koordinasiya bacarığı;
  • Excel üzrə yüksək səviyyədə biliklər;
  • ERP və anbar idarəetmə proqramları ilə işləmək təcrübəsi;
  • Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və strateji yanaşma;
  • Müstəqil qərarvermə və nəticəyönümlü işləmək bacarığı.

İş şəraiti və əməkhaqqı:

  • Əməkhaqqı: 1 500–2 000 AZN + KPI bonus;
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş saatları: 09:00–18:00;
  • Rəsmi əmək müqaviləsi.

Sahara Electronics-də sizi nə gözləyir?

  • Peşəkar və dinamik komanda;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Nəticələrə əsaslanan əlavə bonus sistemi;
  • Korporativ və inkişafyönümlü iş mühiti.

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Kateqoriya meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Abşeron Ticarət Mərkəzi
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 500–2 000 ₼
Yerləşdirilib
6 noyabr 2026
Son tarix
6 dekabr 2026
HRX ilə müraciət
3
Baxış
329

Maaş bazarla müqayisədə

Təchizat zənciri üzrə mütəxəssis üzrə bazar adətən 850–1 500 ₼ ödəyir, median — 875 ₼.

bu vakansiya · 1 500–2 000 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

14 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Təchizat zənciri üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

Sahara Electronics
Topdansatış və pərakəndə ticarət, Topdansatış və distribusiya, Ümumi pərakəndə ticarət · Bakı
Sahara Electronics — bütün vakansiyalar

Sahara Electronics MMC - Azərbaycanda məişət texnikası, müxtəlif elektronika məhsulları və iqlim avadanlıqlarının satışı, distribusiyası və korporativ təchizatı sahəsində fəaliyyət göstərən şirkətdir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Abşeron Ticarət Mərkəzindədir.

İş qrafiki həftədə 6 gündür, saat 09:00–18:00 arasıdır.

Əməkhaqqı 1500–2000 ₼ arasıdır və KPI bonusu mövcuddur.

Rəsmi əmək müqaviləsi təklif olunur.

Elektronika və məişət texnikası sahəsində minimum 3 il təcrübə və kateqoriya meneceri təcrübəsi tələb olunur.

CV-ni mövzu hissəsində “Kateqoriya meneceri” qeyd etməklə müraciət edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Təchizat zənciri üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

ABV
Mütəxəssis · 2–3 ilBakı
Maaş göstərilməyib

Logistika və satınalma proseslərini idarə edir, təchizatçılarla iş və danışıqlar aparmaq bacarığı tələb olunur

ProcurementSupplier Relationship ManagementNegotiationInvoice Management+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
SCANDENS
Mütəxəssis · 2–4 ilBakı
Maaş göstərilməyib

Anbar əməliyyatlarını idarə etmək və SAP EWM-də təcrübə tələb olunur

Business Process AnalysisChange ManagementSAP S/4HANATesting (SIT/UAT)+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Seratonia
Mütəxəssis · 2+ ilBakı
800₼

Təchizat və logistika üzrə xarici fabriklərlə danışıqlar aparır və malların sifarişini idarə edir

NegotiationOrder ManagementReportingTransportation Planning+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
1 500–2 000 ₼
Kateqoriya meneceri
Müraciət et