Təchizat zəncirinin idarə olunmasını təmin edir və satınalma sənədlərini yoxlamaq bacarığı tələb olunur
Vakansiya haqqında
ABV komandamıza Logistika və Satınalma üzrə mütəxəssis axtarırıq!
Əgər logistika və satınalma sahəsində təcrübəniz varsa, təchizatçılarla işləmək, danışıqlar aparmaq və prosesləri effektiv idarə etmək bacarığına maliksinizsə, komandamıza qoşulmaq üçün müraciət edin!
Vəzifə öhdəlikləri:
- Yerli və xarici təchizatçılarla işgüzar əlaqələrin qurulması və idarə edilməsi;
- Mal və xidmətlərin satınalma prosesinin təşkili və koordinasiyası;
- Təchizatçılardan kommersiya təkliflərinin alınması və müqayisəli təhlilinin aparılması;
- Qiymət, keyfiyyət və çatdırılma şərtlərinin optimallaşdırılması;
- Xarici sifarişlərin və çatdırılma proseslərinin izlənilməsi və nəzarətdə saxlanılması;
- Müqavilə, hesab-faktura, təhvil-təslim və gömrük sənədlərinin hazırlanması və idarə edilməsi;
- Nəqliyyat və logistika xərclərinin optimallaşdırılması;
- Satınalma və logistika prosesləri üzrə müvafiq hesabatların hazırlanması.
Namizədə dair tələblər:
- Logistika və satınalma sahəsində minimum 2–3 il iş təcrübəsi;
- İqtisadiyyat, biznesin idarə edilməsi, logistika və ya müvafiq sahələr üzrə ali təhsil;
- Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili arzuolunandır);
- MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
- Yerli və xarici təchizatçılarla işləmək və danışıqlar aparmaq bacarığı;
- Analitik düşünmə, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti;
- Komanda ilə işləmək və iş proseslərini effektiv koordinasiya etmək bacarığı.
Biz nə təklif edirik?
- Peşəkar və dinamik iş mühiti;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Komanda ilə əməkdaşlıq və təcrübə mübadiləsi.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Araznet ”MMC" mənsub olduğu fəaliyyət sahəsində Azərbaycan bazarında qabaqcıl şirkətlərdən biridir. Araznet ”MMC" 01.08.2014 tarixindən fəaliyyətə başlamışdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Logistika və satınalma sahəsində minimum 2-3 il iş təcrübəsi tələb olunur.
İqtisadiyyat, biznesin idarə edilməsi, logistika və ya müvafiq sahələr üzrə ali təhsil tələb olunur.
MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər tələb olunur.
Azərbaycan və rus dillərini sərbəst bilmək tələb olunur, ingilis dili arzuolunandır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTəchizat zənciri üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Tikinti layihələrinin satınalma və təchizat proseslərini koordinasiya etmək üçün təcrübəli mütəxəssis.
Materialların vaxtında çatdırılmasını təmin etmək üçün təchizat zəncirini və satıcıları koordinasiya edir.
İstehsal planlarını material ehtiyacları ilə uzlaşdırır və stokların idarə edilməsini təşkil edir



