Təchizat üzrə mütəxəssis satınalma və sənəd dövriyyəsində təcrübəli olmalıdır.
Vakansiya haqqında
Əsas vəzifələr
- Şirkətin istehsalat və əməliyyat ehtiyaclarına uyğun təchizat proseslərini planlaşdırmaq və təşkil etmək;
- Müvafiq struktur bölmələrdən daxil olan material və məhsul tələbatlarını təhlil etmək;
- Yerli və xarici bazarlarda təchizatçıların araşdırılmasını və potensial tərəfdaşların müəyyən edilməsini həyata keçirmək;
- Təchizatçılardan kommersiya təklifləri almaq, qiymət, keyfiyyət və çatdırılma şərtlərini müqayisə etmək;
- Təchizatçılarla qiymət, ödəniş, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
- Sifarişlərin vaxtında yerləşdirilməsini və çatdırılmasını təmin etmək;
- Anbar qalıqlarına və material ehtiyatlarının hərəkətinə nəzarət etmək, ehtiyac yarandıqda müvafiq sifarişlərin verilməsini təşkil etmək;
- Təchizatçılarla uzunmüddətli və etibarlı əməkdaşlıq münasibətləri qurmaq;
- Təchizat müqavilələrinin, sifarişlərin və digər müvafiq sənədlərin hazırlanması və razılaşdırılması prosesində iştirak etmək;
Namizədə tələblər
- Ali təhsil
- Təchizat, satınalma və ya logistika sahəsində minimum 3 il iş təcrübəsi;
- Təchizat zəncirinin idarə edilməsi və material təminatı prosesləri üzrə biliklər;
- Təchizatçılarla danışıqlar aparmaq və əməkdaşlıq münasibətlərini idarə etmək bacarığı;
- Müqavilə, sifariş və təchizat sənədləri ilə işləmək təcrübəsi;
- MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
- Analitik düşünmə, planlaşdırma və problem həll etmə bacarığı;
- Yüksək məsuliyyətlilik, dəqiqlik, operativlik və komanda ilə işləmək bacarığı.
İş şərtləri
- İş yeri: Bakı şəhəri
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı müsahibə zamanı təyin olunur
Uyğun namizədlər öz CV-lərini “Satınalma mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Təchizat zənciri üzrə mütəxəssis üzrə bazar adətən 850–1 500 ₼ ödəyir, median — 1 400 ₼.
19 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Təchizat zənciri üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Əmək haqqı müsahibə zamanı təyin olunur.
Namizəd CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçTəchizat, satınalma və ya logistika sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTəchizat zənciri üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Logistika və satınalma proseslərini idarə edir, təchizatçılarla iş və danışıqlar aparmaq bacarığı tələb olunur
Anbar uçotunu təşkil edir, stokları idarə edir və sənədləri yoxlamaq bacarığı tələb olunur
Qida əlavələrinin satışını və satınalmasını təşkil etmək üçün qida texnologiyası bilikləri tələb olunur




