Çoxmərtəbəli binaların konstruksiya layihələndirilməsi və AutoCAD, Revit proqramlarında işləmək.
Vakansiya haqqında
Əsas öhdəliklər:
- Tikinti layihələrinin işçi çertyojlarını (Shop Drawings) və icra sxemlərini (As-Built) nəzərdən keçirmək və hazırlamaq.
- İş həcmlərinin (BoQ – Bill of Quantities) və smetaların çıxarılması, yoxlanılması və yenilənməsini həyata keçirmək.
- Podratçı və subpodratçıların gördüyü işlərin həcmlərini yoxlamaq, Forma №2 (yerinə yetirilmiş işlər aktı) və hesabatları hazırlamaq/təsdiqləmək.
- Layihə sənədləri ilə tikinti meydançası arasındakı uyğunsuzluqları aşkar etmək, RFI (Request for Information) tələblərini hazırlamaq.
- Satınalma şöbəsi üçün material və avadanlıq spesifikasiyalarını, texniki tələbləri hazırlamaq və material təkliflərini yoxlamaq.
- Tikinti prosesinin qrafikə (Primavera / MS Project) uyğunluğuna nəzarət etmək və həftəlik/aylıq tərəqqi hesabatlarını (Progress Report) hazırlamaq.
- Sifarişçi, layihəçi və subpodratçılarla texniki məsələlər üzrə rəsmi yazışmaları və koordinasiyanı aparmaq.
Namizədə olan tələblər:
- Təhsil: İnşaat mühəndisliyi və ya Sənaye və mülki tikinti sahəsində ali təhsil.
- Təcrübə: Tikinti layihələrində Texniki Ofis Mühəndisi kimi minimum 5 il iş təcrübəsi.
Proqram bilikləri:
- AutoCAD – əla səviyyədə (çertyojların oxunması və çəkilməsi).
- MS Excel – əla səviyyədə (iş həcmləri və smetaların təhlili üçün).
- MS Project / Primavera P6 və ya Revit bilikləri arzuolunandır.
- Biliklər: Tikinti normativləri (SNiP, AzDTN), tikinti materialları və texnologiyaları haqqında dərin biliklər.
- Bacıraqlıqlar: Analitik təfəkkür, detallara diqqət, komandada işləmək və sənədləşmə ilə dəqiq işləmək bacarığı.
Ünvan - Ofis Ünvan Svetlana Məmmədova 203c
Əlaqə +994512059867
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
5 avqust 2026
Son tarix
5 sentyabr 2026
Şirkət haqqında
Real İnşaat MMC
Tikinti, Bina tikintisi · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
800₼
Məhsul və xidmətlərin keyfiyyət standartlarına nəzarət edir, keyfiyyətə nəzarət bilikləri tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib6 gün qalıb
Tikinti layihələrində texniki dəftərxana mühəndisi işlərini həyata keçirmək və layihələri təhlil etmək.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib3 gün qalıb
Layihələndirmə üzrə memar, memarlıq həlləri hazırlayır və AutoCAD bilikləri tələb olunur.



