Uçuş cədvəllərini idarə edir, dəyişiklikləri həyata keçirir və əməliyyatlarla koordinasiya edir
Vakansiya haqqında
Təsvir
- Hava Gəmisinin göyərtəsində sərnişinləri qarşılamaq;
- Sərnişinləri minik talonlarına müvafiq olaraq düzgün yerləşdirmək, həmçinin baqajın, yükün və poçtun yüklənməsinə nəzarət etmək;
- Uçuş zamanı sərnişinlərə standartlara uyğun yüksək səviyyəli xidmət göstərmək;
- Hava Gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini təmin etmək;
- Hava Gəmisində sərnişinlərin ümumi davranış qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Hava Gəmisinin məişət və mətbəx avadanlığının uçuşa hazırlığına nəzarət etmək;
- Sərnişinlərə təhlükəsizlik qaydaları barədə aydın və dəqiq məlumat vermək, vizual və praktiki nümayişlər keçirmək;
- Sərnişinlərin və heyətin təhlükəsizliyini təmin etmək, fövqəladə hallarda təlimata uyğun tədbirlər görmək;
- Şikayət və narazılıqları peşəkarcasına dinləmək, uyğun həllər təklif etmək və müştəri məmnuniyyətini təmin etmək.
Tələblər
- Azərbaycan Respublikasının vətəndaşı olmaq;
- 20–35 yaş arası olmaq;
- Xanım namizədlər üçün minimum 160 sm, bəy namizədlər üçün minimum 170 sm boy;
- Minimum tam orta təhsil;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- İngilis dilində ən azı orta səviyyə (fikirləri sərbəst ifadə etmə bacarığı);
- IELTS, TOEFL və digər beynəlxalq dil sertifikatları üstünlükdür;
- Rus, Alman, Fransız və digər dillər üzrə biliklər əlavə üstünlükdür;
- Müştəri yönümlü xidmət mədəniyyəti, yüksək ünsiyyət və komanda işi bacarığı;
- Stresə davamlılıq və problemləri operativ həll etmə bacarığı.
Əlavə Qeydlər:
- Təyyarə Bələdçisi vəzifəsi xüsusi korporativ geyimlə icra olunur və əməkdaşlar geyim standartlarına riayət etməlidirlər;
- Təyyarə Bələdçisi vəzifəsi daim müxtəlif insanlarla ünsiyyət tələb etdiyindən, görünən bədən hissələrində döymə, piercing və digər nişanların olması yolverilməzdir.
Seçim Mərhələləri:
- CV-lərin tələblərə uyğunluğunun yoxlanılması;
- Namizədlərin fiziki göstəricilərinin tələblərə uyğunluğunun yoxlanması (Boy/Çəki və s.);
- İngilis Dili bilik testi (qrammatika) və dil üzrə şifahi müsahibə;
- Ümumi müsahibə (İnsan Resursları, Funksiya rəhbərliyi və Peşəkar Psixoloqun iştirakı ilə);
- Tibbi Müayinə (yerli və beynəlxalq Aviasiya tələblərinə uyğun olaraq müvafiq prosedurların həyata keçirilməsi);
- İşə Qəbul və Təlimlər.
Müraciətlər üçün son tarix nədir?
Vakansiya üçün rəsmi ilkin son müraciət tarixi 15.11.2026-cı ildir. Bununla belə, AZAL İşə Qəbul komandası vakansiya üzrə müraciətləri sistemə daxil olduqdan sonra mərhələli şəkildə dəyərləndirir.
Seçimlər mərhələli şəkildə vakansiya tələblərinə ən uyğun gələn namizədlərdən başlayaraq vakansiyanın son müraciət tarixinə qədər bütün uyğun namizədlər ilə davam edəcək.
Müraciət etdikdən sonra hansı prosess gözlənilir?
İlkin əsas vəzifə tələblərinə uyğun gələn bütün namizədlər SMS/elektron poçt və ya telefon zəngi vasitəsilə cari vakansiya elanında göstərilən seçim mərhələlərini keçmək üçün növbəli şəkildə seçimlərə dəvət olunurlar.
Qeyd:
Hal-hazırda təhsil alan namizədlərin müraciətləri nəzərə alınmayacaq.
Bu vəzifə tam məşğulluq və uçuş cədvəllərinə uyğun çevik iş rejimi tələb etdiyindən, yalnız vəzifə öhdəliklərini tam icra edə biləcək namizədlərin müraciətləri dəyərləndiriləcəkdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Gəncə şəhərindədir.
Son müraciət tarixi 15.11.2026-cı ildir.
Namizədlərdən CV tələb olunur. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçTam məşğulluq və uçuş cədvəllərinə uyğun çevik iş rejimi tələb olunur.
Namizədlər 20–35 yaş aralığında olmalıdırlar.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarUçuş əməliyyatlarının planlaşdırıcısı üzrə Gəncədə digər açıq elanlar.
