Mühasibat uçotu və audit işlərini aparır, SAP və Excel bilikləri tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
- Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək
- Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq
- Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
- Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək
- Anbar sayımı və stok nəzarətini həyata keçirmək
Namizədə tələblər:
- Ali təhsilli (iqtisadiyyat/maliyyə üzrə)
- İstehsalat, tikinti və sənaye sahəsində minimum 3 il iş təcrübəsi
- Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı
- MS Office ( Excell-yüksək səviyyədə)
- Yaş həddi: 25-35
- Satış və anbar arasındakı koordinasiyasını bilməli
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
Texniki Bacarıqlar:
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri
- Azərbaycan Respublikası Vergi Məcəlləsi
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Mal-material üzrə mühasib" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Şirkət haqqında
1996-cı ildə yarandığı gündən MCG mühəndis komandası ilə fərgli dövlət əhəmiyyətli obyektlərin tikintisi ilə məşgul olur. İşçi heyətimiz aşağıdakı sahələr üzrə xidmət göstərmək üçün təcrübəli və tam ixtisaslıdır: - Elektrik / Cihazlar /…
Modern Construction Group — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Nəqliyyat sənədlərini yoxlayır və mühasibatlıq proseslərini təkmilləşdirir, maliyyə bilikləri tələb olunur.
Kateqoriya üzrə satış və marketinq göstəricilərini təhlil edir, 5 il təcrübə tələb olunur
Tikinti sektorunda mühasibat uçotunu idarə edir və 5 ildən çox təcrübə tələb olunur



