Vakansiya haqqında

Baş mühasib — Tikinti sektoru

Şəhər: Bakı

İş qrafiki: 5 günlük iş həftəsi, 10:00–18:00

Əmək haqqı: 2500–3000 AZN

Üstünlük veriləcək

  1. Tikinti şirkətində Baş Mühasib vəzifəsində iş təcrübəsi;
  2. Bir neçə tikinti obyektinin paralel mühasibat uçotunu aparmaq təcrübəsi;
  3. Böyük həcmli mal-material və maliyyə əməliyyatları ilə işləmə təcrübəsi;
  4. Vergi yoxlamaları və audit proseslərində iştirak təcrübəsi;
  5. Tikinti layihələrinin maliyyə planlaşdırılması və büdcələşdirilməsi üzrə təcrübə.

İş şəraiti

  1. 5 günlük iş həftəsi;
  2. İş saatları: 10:00–18:00;
  3. Bakı şəhəri;
  4. Əmək haqqı: 2500–3000 AZN;
  5. Əmək haqqı namizədin peşəkar bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir;
  6. Stabil və peşəkar iş mühiti;
  7. Karyera və peşəkar inkişaf imkanı.

Qeyd: Namizəddən yalnız mühasibat sənədlərinin işlənməsi deyil, şirkətin maliyyə və mühasibat proseslərini müstəqil şəkildə idarə edə bilməsi gözlənilir.

Vəzifə öhdəlikləri

  1. Şirkətin mühasibat uçotunun qanunvericiliyə uyğun təşkil və idarə edilməsi;
  2. İlkin mühasibat sənədlərinin düzgünlüyünə nəzarət;
  3. Mal-materialların mədaxil, məxaric, silinmə və yerdəyişmələrinin uçotu;
  4. Anbar və tikinti obyektləri üzrə mal-material hərəkətinə nəzarət;
  5. Tikinti obyektləri üzrə gəlir və xərclərin ayrıca uçotunun aparılması;
  6. Obyektlər üzrə faktiki xərclərin və maya dəyərinin hesablanması;
  7. Podratçı və subpodratçılarla qarşılıqlı hesablaşmaların aparılması;
  8. Görülmüş işlər üzrə aktların və digər ilkin sənədlərin yoxlanılması;
  9. Aylıq işçilik və əməkhaqqı hesabatlarının hazırlanması və yoxlanılması;
  10. Əməkhaqqı, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanmasına nəzarət;
  11. 1C proqramına işlənmiş qaimə və digər sənədlərin düzgünlüyünə nəzarət;
  12. E-qaimələrin hazırlanması və yoxlanılması;
  13. Bank və kassa əməliyyatlarının uçotu və nəzarəti;
  14. Debitor və kreditor borclarının izlənilməsi və üzləşdirilməsi;
  15. Vergi, DSMF və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi;
  16. ƏDV, mənfəət vergisi, gəlir vergisi və digər vergi öhdəlikləri üzrə uçotun aparılması;
  17. Vergi və digər dövlət qurumları ilə yazışmaların və sənədləşmələrin aparılması;
  18. Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  19. Mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti, debitor-kreditor borcları və digər maliyyə hesabatlarının hazırlanması;
  20. Obyektlər üzrə plan-fakt xərclərinin müqayisəsi və rəhbərliyə təqdim edilməsi;
  21. Rəhbərliyin tələb etdiyi analitik və maliyyə hesabatlarının hazırlanması;
  22. Mühasibatlıq üzrə iş proseslərinin təkmilləşdirilməsi və nəzarətdə saxlanılması.

Tələblər

Yaş: 25–35

Təhsil: Ali

İş təcrübəsi: 5–10 il

Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;

Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi;

Tikinti sektorunda mühasib və ya Baş Mühasib kimi iş təcrübəsi mütləqdir;

Tikinti obyektlərinin mühasibat uçotu və maya dəyərinin hesablanması üzrə praktiki bilik;

1C 8.3 proqramını yaxşı səviyyədə bilmək;

MS Office, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək;

Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS və digər Excel funksiyalarını bilmək üstünlükdür;

Vergi, mühasibat və əmək qanunvericiliyi üzrə yaxşı bilik;

E-taxes və digər elektron dövlət sistemlərində işləmək bacarığı;

E-qaimə və elektron sənədləşmə üzrə praktiki təcrübə;

Bank, kassa, anbar, əməkhaqqı və vergi uçotu üzrə bilik;

Debitor-kreditor hesablaşmalarının aparılması üzrə təcrübə;

Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;

Yüksək məsuliyyətlilik, dəqiqlik və intizam;

Operativlik və gərgin iş rejimində işləmək bacarığı;

Rəhbərliklə və digər struktur bölmələri ilə effektiv ünsiyyət qurmaq bacarığı;

Komandaya rəhbərlik etmək və iş bölgüsü aparmaq bacarığı.

Yerləşmə
Bakı
Təcrübə
5–10 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
2 500–3 500 ₼
Yerləşdirilib
21 avqust 2026

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Buta Park
Senior · 3–5 ilBakı
1 000–1 500

Mühasibat və vergi uçotunu aparır, maliyyə hesabatları hazırlamaq bacarığı tələb olunur.

AccountingFinancial ReportingBudgetingInventory Management+8
Müraciət etAsan müraciətAsan müraciət
800

Mühasibat uçotunu təşkil edir və 2 il təcrübə ilə maliyyə hesabatları hazırlayır.

AccountingFinancial Reporting1C 8.3Financial Analysis+7
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
2 500–3 500 ₼
Baş mühasib
Müraciət et