Risklərin idarə edilməsi və maliyyə sahəsində strateji təşəbbüslərin icrasına dəstək verir və analiz aparır
Vakansiya haqqında
İş şəraiti
- İşəgötürən: Eden Agro MMC
- Struktur: Daxili Audit Departamenti
- Birbaşa rəhbər: Daxili Audit Meneceri
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
- Risk əsaslı illik Daxili Audit Planının hazırlanmasına dəstək göstərmək, biznes prosesləri və əsas risklər üzrə məlumatların toplanması və qiymətləndirilməsində iştirak etmək;
- Təsdiq edilmiş Daxili Audit Planına uyğun olaraq audit tapşırıqlarının planlaşdırılması və başlanğıcdan yekunadək icrasını təmin etmək;
- Audit tapşırığının məqsədini, əhatə dairəsini və əsas risklərini müəyyənləşdirmək, audit proqramını və tətbiq ediləcək audit prosedurlarını hazırlamaq və Audit Meneceri ilə razılaşdırmaq;
- Audit olunan prosesləri təhlil edərək əməliyyat, maliyyə, uyğunluq və fırıldaqçılıq risklərini, eləcə də həmin risklər üzrə mövcud nəzarət mexanizmlərini qiymətləndirmək;
- Məlumatların təhlili, müsahibə, müşahidə, sənəd yoxlaması və nəzarət testləri vasitəsilə yetərli və etibarlı audit sübutlarının əldə olunmasını təmin etmək;
- Müəyyən edilmiş nəzarət çatışmazlıqlarının və kənarlaşmaların kök səbəblərini, risklərini və biznes təsirlərini qiymətləndirmək, əhəmiyyətli məsələləri vaxtında eskalasiya etmək;
- Audit müşahidələrini aidiyyəti struktur bölmələrlə müzakirə etmək, faktların təsdiqlənməsini təmin etmək və praktik, risk əsaslı və dəyər yaradan tövsiyələr hazırlamaq;
- Audit nəticələrini və əsas riskləri rəhbərlik üçün aydın, əsaslandırılmış və qərarverməyə yönəlmiş audit hesabatlarında təqdim etmək;
- Audit tapşırıqlarının müəyyən edilmiş müddət, əhatə dairəsi və keyfiyyət tələblərinə uyğun tamamlanmasını təmin etmək, gecikmə və məhdudiyyətləri vaxtında Audit Menecerinə bildirmək;
- Audit işçi sənədlərinin və əldə edilmiş sübutların Daxili Audit metodologiyasına və müvafiq peşəkar standartlara uyğun sənədləşdirilməsini və keyfiyyətini təmin etmək;
- Razılaşdırılmış tədbirlər planlarının icra vəziyyətinin monitorinqində iştirak etmək, gecikmiş və ya icra edilməmiş tədbirlər üzrə riskləri qiymətləndirmək və zəruri hallarda eskalasiya etmək;
- Audit tapşırıqları çərçivəsində auditorların işini istiqamətləndirmək və nəzərdən keçirmək, onlara konstruktiv geribildirim vermək və peşəkar inkişaflarına dəstək göstərmək;
- Daxili Audit funksiyasının metodologiyasının, audit alətlərinin və iş yanaşmalarının davamlı təkmilləşdirilməsinə töhfə vermək.
Vəzifə tələbləri:
- Maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil;
- Daxili audit, xarici audit, risklərin idarə edilməsi və ya əlaqəli sahədə 3–5 il iş təcrübəsi;
- Kənd təsərrüfatı və ya istehsalat sahəsində təcrübə üstünlük hesab olunur;
- Ezamiyyətlərə açıq olmaq və sahə auditlərində aktiv iştirak etmək;
- Kommunikasiya və təqdimat bacarıqları;
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
- Azərbaycan dili səlis, İngilis dili – işgüzar yazışma və oxu səviyyəsində;
- MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
- Korporativ tibbi sığorta paketi;
- Peşəkar və liderlik inkişaf proqramları;
- Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
- Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
- Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
- Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
- Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Daxili nəzarət və inventarizasiya üzrə hesabatlar hazırlayır, analitik düşünmə tələb olunur.
Audit komandasını idarə edir və risk əsaslı audit yanaşması üzrə təcrübəyə malikdir
Bank məhsullarını tanıdaraq potensial müştərilərlə əlaqə qurur və satış prosesini idarə edir.




