Şirkətin maliyyə əməliyyatlarını yoxlayır və daxili audit üzrə minimum 3 il təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Vəzifənin məqsədi
- Şirkətin maliyyə və kommersiya əməliyyatlarının düzgünlüyünü, şəffaflığını və daxili nəzarət mexanizmlərinə, biznes proseslərinə və struktur bölmələrinin fəaliyyətinə müstəqil nəzarətin həyata keçirilməsi, maliyyə itkiləri, mənimsəmə və digər sui-istifadə risklərin müəyyən edilməsi, maliyyə və əməliyyat intizamının qiymətləndirilməsi, eləcə də fəaliyyətin səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi.
Əsas vəzifə öhdəlikləri
- Şirkətin maliyyə əməliyyatlarının, gəlir və xərclərinin, ödənişlərin, hesablaşmaların və maliyyə sənədlərinin yoxlanılması.
- Mühasibat uçotu məlumatlarının, ilkin sənədlərin, müqavilələrin, hesab-fakturaların və digər maliyyə sənədlərinin düzgünlüyünün və uyğunluğunun yoxlanılması.
- Büdcəyə riayət olunmasına, xərclərin əsaslandırılmasına və maliyyə resurslarından səmərəli istifadəyə nəzarət edilməsi.
- Şirkətin bütün struktur bölmələrinin və departamentlərinin fəaliyyətinin müəyyən edilmiş prosedur, qayda və daxili siyasətlərə uyğunluğunun yoxlanılması.
- Satınalma, anbar, logistika, satış, insan resursları və digər əməliyyat bölmələrində proseslərin, sənədləşmənin və nəzarət mexanizmlərinin qiymətləndirilməsi.
- Mal-material qalıqlarının, inventarların, əsas vəsaitlərin və digər şirkət aktivlərinin uçotunun və faktiki mövcudluğunun yoxlanılması.
- Müqavilə öhdəliklərinin, təsdiq prosedurlarının, səlahiyyət bölgüsünün və daxili qaydaların icrasına nəzarət edilməsi.
- Maliyyə itkiləri, əsassız xərclər, uyğunsuzluqlar, sui-istifadə ehtimalları və əməliyyat risklərinin müəyyən edilməsi və araşdırılması.
- Daxili nəzarət sistemindəki boşluqların aşkar edilməsi, risklərin qiymətləndirilməsi və onların aradan qaldırılması üçün tövsiyələrin hazırlanması.
- Audit yoxlamalarının nəticələri üzrə hesabatların, aşkar edilmiş nöqsanların və düzəldici tədbirlərin təqdim edilməsi.
- Əvvəlki audit yoxlamaları nəticəsində verilmiş tövsiyələrin icra vəziyyətinin izlənilməsi.
- Rəhbərliyin tapşırığı əsasında xüsusi yoxlamaların və xidməti araşdırmaların aparılması.
Namizədə dair tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, audit və ya müvafiq sahə üzrə ali təhsil.
- Daxili audit, maliyyə nəzarəti, mühasibat uçotu və ya risklərin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi.
- Maliyyə hesabatları, mühasibat uçotu prinsipləri və maliyyə-təsərrüfat əməliyyatları üzrə biliklər.
- Daxili nəzarət sistemləri, risklərin qiymətləndirilməsi və audit metodologiyaları barədə anlayış.
- Müqavilələrin, ilkin uçot sənədlərinin və əməliyyat sənədləşməsinin təhlili bacarığı.
- MS Excel proqramı ilə sərbəst işləmək və böyük həcmli məlumatları təhlil etmək bacarığı.
- Analitik düşünmə, detallara diqqət, obyektivlik və sistemli yanaşma.
- Müstəqil işləmək, problemləri müəyyənləşdirmək və əsaslandırılmış həll təklifləri vermək bacarığı.
- Yüksək etik davranış, məxfilik prinsiplərinə riayət və peşəkar ünsiyyət bacarığı.
Üstünlük hesab olunur:
- ACCA, CIA, CIMA və ya digər müvafiq peşəkar sertifikatların olması və ya bu istiqamətdə təhsil.
- ERP və mühasibatlıq proqramları ilə iş təcrübəsi.
- Satınalma, anbar, logistika, satış və digər əməliyyat proseslərinin auditi üzrə təcrübə.
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət; xarici dil bilikləri əlavə üstünlükdür.
İş vaxtının norması:
- 09:00-17:00 / 5 günlük iş həftəsi
- İstirahət günü: Şənbə və Bazar günü
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şosesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Sirab Satış və Dağıtım MMC is the sales and distribution arm of the Sirab mineral water brand (part of the Veyseloglu group), handling wholesale and retail sales of Sirab carbonated and still mineral waters.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş saatları 09:00-17:00, həftədə 5 iş günü, şənbə və bazar istirahət günləridir.
İş yeri Xırdalan şəhəri, Bakı-Quba şosesinin şərqi 18 A, Masazır dairəsinin yaxınlığındadır.
Nahar şirkət tərəfindən təmin edilir.
Maliyyə, mühasibat uçotu və audit sahəsində ali təhsil və minimum 3 il iş təcrübəsi tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAuditor üzrə Xırdalanda digər açıq elanlar.
Şirkətin biznes prosesləri üzrə daxili audit aparır və maliyyə analizində təcrübə tələb edir.
Maliyyə və mühasibat sənədlərini yoxlayır, audit və mühasibatlıq üzrə təcrübə tələb olunur.
Audit prosedurlarını yerinə yetirir və mühasibatlıq biliklərinə malik olmalıdır.



