Vakansiya haqqında

CONCEPT Group restoran və catering sahəsində həyata keçirdiyi layihələrin genişlənməsi ilə əlaqədar mühasibatlıq şöbəsini gücləndirir.

Biz sadəcə gündəlik mühasibat əməliyyatlarını icra edən əməkdaş axtarmırıq; biz mühasibat uçotunun bütün əsas sahələrini bilən, rəqəmlərin arxasındakı maliyyə məntiqini anlayan, problemləri özü müəyyən edən və həll yolları təklif edən, məsuliyyət götürməkdən çəkinməyən güclü mütəxəssis axtarırıq.

Bu vəzifəyə seçiləcək şəxs şirkətin mühasibatlıq proseslərinin inkişafında aktiv iştirak edəcək və perspektivdə Baş mühasib vəzifəsini tam şəkildə üzərinə götürmək üçün hazırlanacaq.

Əsas vəzifələr:

  • Mühasibat uçotunun bütün əsas istiqamətlərinin düzgün və tam aparılmasını təmin etmək;
  • Kassa, bank, satış, alış, debitor və kreditor əməliyyatlarını idarə etmək və nəzarətdə saxlamaq;
  • Təchizatçılar və digər qarşı tərəflərlə hesablaşmaları və üzləşdirmələri aparmaq;
  • Anbar və mal-material uçotunun mühasibat məlumatları ilə uyğunluğunu təmin etmək;
  • Restoran və catering fəaliyyətinə xas satış, alış, anbar, istehsal və digər əməliyyatların uçotunu koordinasiya etmək;
  • Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin düzgün hesablanmasına nəzarət etmək;
  • Vergi, DSMF və digər məcburi hesabatların hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək;
  • Mühasibat sənədlərinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • Debitor və kreditor borcların vəziyyətini təhlil etmək;
  • Maliyyə göstəricilərini rəhbərliyə düzgün və vaxtında təqdim etmək;
  • Mühasibatlıq proseslərində səhvləri və maliyyə risklərini əvvəlcədən müəyyən etmək;
  • Mövcud proseslərin təkmilləşdirilməsi və daha effektiv uçot sisteminin qurulması üzrə təkliflər vermək, süni intellektin bu sahədə tətbiqində maraqlı olmaq
  • Mühasibatlıq komandasının fəaliyyətinin koordinasiyasında iştirak etmək;
  • Şirkətin böyüməsi ilə paralel olaraq mühasibatlıq strukturunun inkişafına töhfə vermək.

Namizədə tələblər:

  • Aparıcı mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Rəsmi mühasibatlıq sahəsində 5-7 il peşəkar təcrübə;
  • Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Vergi və əmək qanunvericiliyi üzrə bilik;
  • IIKO proqramında işləmək bacarığı arzuolunandır;
  • MS Excel üzrə yaxşı bilik;
  • Mühasibat uçotunun bütün əsas sahələrini müstəqil şəkildə idarə edə bilmək bacarığı;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə təcrübə;
  • Analitik düşüncə və yüksək məsuliyyət hissi;
  • Rəqəmlərlə dəqiq və sistemli işləmə bacarığı;
  • Qərar qəbul etmək və məsuliyyət daşımaq qabiliyyəti;
  • Baş mühasib vəzifəsinə keçid üçün peşəkar potensiala malik olmaq.

İş şəraiti

  • İş yeri: Bakı, 8 Noyabr pr. 23
  • İş rejimi: Tam iş günü
  • Əmək haqqı: Namizədin təcrübə və peşəkar səviyyəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

Müraciət üçün mövzu hissəsində “Aparıcı Mühasib” qeyd edərək CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, 8 Noyabr pr. 23
Təcrübə
5–7 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
4 noyabr 2026
Son tarix
4 dekabr 2026
HRX ilə müraciət
2
Baxış
402

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Baş mühasib üzrə bazar adətən 1 500–2 750 ₼ ödəyir, median — 2 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

37 açıq vakansiya, 50 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Baş mühasib kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərində, 8 Noyabr prospekti 23 ünvanındadır.

İş tam iş günü rejimindədir.

Əmək haqqı namizədin təcrübə və peşəkar səviyyəsinə uyğun müsahibə əsasında müəyyən edilir.

Aparıcı mühasib vəzifəsində minimum 3 il, rəsmi mühasibatlıq sahəsində isə 5-7 il iş təcrübəsi tələb olunur.

Mövzu hissəsində “Aparıcı Mühasib” qeyd edərək CV göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Baş mühasib üzrə Bakıda digər açıq elanlar.

Baş mühasib
Təcrübəli mütəxəssis · 5+ ilBakı
2 500–3 000₼

Mühasibat uçotunu təşkil edir, maliyyə hesabatlarını hazırlayır və 5 il təcrübə tələb edir

AccountingFinancial ReportingBudgetingFinancial Analysis+9
Müraciət et
İNTEKO MMC
Təcrübəli mütəxəssis · 3–5 ilBakı
1 000–1 200₼

Mühasibat və vergi uçotunu aparmaq, 3-5 il təcrübəsi və 1C proqramını bilmək tələb olunur

AccountingFinancial Reporting1CTax Accounting+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Anonim işəgötürən
Təcrübəli mütəxəssis · 3–5 ilBakı
1 500₼

Mühasibat və vergi uçotunu aparır, maliyyə hesabatlarını hazırlamaq üçün təcrübə tələb olunur

AccountingFinancial ReportingTax AccountingPayroll Processing+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Ipək Yolu
Təcrübəli mütəxəssisBakı
2 000₼

Maliyyə əməliyyatlarını idarə edir və vergi planlaşdırma bacarıqları tələb olunur

Financial ReportingAccountingFinancial AnalysisFinancial Record Keeping+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Aparıcı mühasib
Müraciət et