Şirkətin maliyyə və vergi uçotunu tam təşkil edən və hesabatları hazırlayan baş mühasib.
Vakansiya haqqında
ADIS Azerbaijan komandası üçün maliyyə və mühasibatlıq proseslərinin idarə edilməsində təcrübəli Baş mühasib axtarır.
Vəzifə öhdəlikləri:
- Şirkətin mühasibat uçotunu qanunvericiliyə və daxili prosedurlara uyğun təşkil etmək;
- Alış, satış, qaytarma və anbar əməliyyatlarının uçotda düzgün əks olunmasına nəzarət etmək;
- Müştəri və təchizatçılarla hesablaşmaları, debitor və kreditor borcları izləmək, qarşılıqlı üzləşmələri təşkil etmək;
- Bank, kassa və kredit əməliyyatlarının uçotunu, pul vəsaitlərinin hərəkətinə nəzarəti həyata keçirmək;
- Vergi, sosial sığorta və statistika hesabatlarının düzgün hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq, gəlir, xərc və mənfəət göstəricilərini təhlil edərək rəhbərliyə təqdim etmək;
- Əməkhaqqı və digər əməkdaş ödənişlərinin hesablanmasına nəzarət etmək;
- Mal-material ehtiyatlarının inventarizasiyasını təşkil etmək, anbar qalıqları ilə uçot məlumatları arasındakı fərqləri araşdırmaq;
- Mühasibatlıq komandasının iş bölgüsünü aparmaq, əməkdaşların fəaliyyətini koordinasiya etmək və peşəkar inkişafına dəstək vermək.
Namizədə tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 3 il, o cümlədən baş mühasib və ya mühasibatlıq komandasının idarə olunması üzrə iş təcrübəsi;
- Distribusiya və ya topdansatış sahəsində təcrübə üstünlükdür;
- Mal-material ehtiyatlarının, ticarət əməliyyatlarının və qarşılıqlı hesablaşmaların uçotu üzrə güclü praktiki biliklər;
- Vergi, əmək və mühasibat uçotu qanunvericiliyini bilmək və gündəlik işdə tətbiq etmək bacarığı;
- Vergi bəyannamələrinin və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə təcrübə;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS/IFRS) üzrə biliklər;
- 1C və MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
- Elektron dövlət portalları və hesabat sistemlərindən sərbəst istifadə etmək bacarığı;
- ERP sistemlərinin maliyyə və mühasibatlıq modulları ilə iş təcrübəsi; Logix biliyi üstünlükdür;
- Analitik düşünmə, işin planlaşdırılması, komandanın idarə edilməsi və qərarvermə bacarıqları;
- Dəqiqlik, yüksək məsuliyyət, dürüstlük və məxfilik prinsiplərinə riayət etmək.
Peşəkar Mühasib Sertifikatının (PMS – MHBS) olması üstünlük hesab edilir.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Rəsmi əmək müqaviləsi;
- Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında razılaşdırılır;
- Şirkət tərəfindən nahar verilir;
- İş yeri: Ələsgər Qayıbov küçəsi 10Q, STN Biznes Mərkəzi 8-ci mərtəbə.
Maraqlanan namizədlər CV-lərini e-poçtun mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Baş mühasib üzrə bazar adətən 1 300–2 500 ₼ ödəyir, median — 1 975 ₼.
52 açıq vakansiya, 36 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
'ADIS AZERBAIJAN' şirkəti “SVEZA-LES” şirkətinin rəsmi distributorudur. Azərbaycanın ən qabaqcıl tikinti şirkətləri ilə uzun illərdir əməkdaşlıq edirik. Tərəfimizdən təqdim olunan məhsul, tozağacı fanerinin istehsalı üzrə dünya lideridir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Ələsgər Qayıbov küçəsi 10Q, STN Biznes Mərkəzi 8-ci mərtəbədədir.
İş qrafiki 5 günlük iş həftəsidir.
Bəli, rəsmi əmək müqaviləsi təklif olunur.
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun müsahibə əsasında razılaşdırılır.
CV-lərini e-poçtun mövzu hissəsində “Baş mühasib” qeyd etməklə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasibatlıq şöbəsinin baş mütəxəssisi maliyyə uçotunu təşkil edir və 3 il təcrübə tələb olunur
Mühasibat uçotunu qanunvericiliyə uyğun aparır, Excel və vergi sistemlərini bilir.
Şirkətin gündəlik mühasibat əməliyyatlarını aparır, 2-4 il təcrübəsi olmalıdır
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




