Maliyyə və mühasibat uçotunu idarə edir, 5 il təcrübə və peşəkar sertifikat tələb olunur
Vakansiya haqqında
İş yeri: Sumqayıt şəhəri
Struktur bölmə: Maliyyə Departamenti / Mühasibatlıq şöbəsi
Vəzifə öhdəlikləri
- Alış və satış qaimələrinin (xammal, ehtiyat hissələri, hazır məhsul) mühasibat uçotu sistemində düzgünlüyünün yoxlanılması və uçota alınması;
- İstehsal, inzibati və kommersiya xərclərinin məsrəf yerləri üzrə düzgün təsnifatı və uçotunun aparılması;
- Debitor və kreditor borclar üzrə üzləşmələrin hazırlanması, yoxlanılması və fərqlərin aradan qaldırılması;
- Ay bağlanışına hazırlıq, müxbir hesabların bağlanması, aylıq dövriyyə-balans cədvəllərinin və balansın tərtib edilməsi;
- Aylıq, rüblük və illik vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, gəlir vergisi və s.), statistika və digər rəsmi hesabatların qanunvericiliyə uyğun hazırlanması və təqdim edilməsi;
- Anbar qalığı, istehsal həcmləri və məhsulun maya dəyəri üzrə hesabatların hazırlanmasında iştirak;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Namizədə tələblər
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- İstehsal təcrübəsi mütləqdir;
- İstehsal müəssisələrində (üstünlük metaləritmə və ya ağır sənaye sahəsində) minimum 2 il iş təcrübəsi;
- AR Vergi Məcəlləsi, "Mühasibat uçotu haqqında" Qanun və digər normativ-hüquqi aktlar üzrə bilik;
- 1C, Logo və ya analoji mühasibat proqramlarında işləmək bacarığı;
- MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmək bacarığı;
- PMS (Peşəkar Mühasib Sertifikatı) – mütləqdir;
- Analitik düşünmə, məsuliyyətlilik və işgüzar etika;
- Məxfi məlumatlarla işləmək və kommersiya sirrini qorumaq bacarığı.
İş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- 5 günlük iş qrafiki;
- Rəqabətədavamlı əməkhaqqı;
- Peşəkar inkişaf və təlim imkanları.
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
29 iyul 2026
Son tarix
29 avqust 2026
Şirkət haqqında
Almet-STP MMC
Emal sənayesi, Maşın və avadanlıq istehsalı · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
2 500–3 000₼
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib3 gün qalıb
Mühasibat və vergi uçotunu aparır, lizinq və faktorinq əməliyyatlarını idarə edir, 3 il təcrübə tələb olunur.
1 500₼
Maliyyə və mühasibat əməliyyatlarını idarə edir, 1C və Excel bilikləri tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Maliyyə və mühasibat uçotunu idarə edir, 5 il təcrübə və peşəkar sertifikat tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 



