Vergi uçotunu idarə edir, vergi bəyannamələrini hazırlayır və 3 il təcrübə tələb edir
Vakansiya haqqında
Biz komandamıza mühasibat və vergi uçotu sahəsində təcrübəli, məsuliyyətli və detallara diqqətli mütəxəssis axtarırıq. Bu vəzifədə çalışan şəxs lizinq və faktorinq əməliyyatlarının uçotu, vergi və maliyyə hesabatlarının hazırlanması, eləcə də gündəlik mühasibat əməliyyatlarının icrasına cavabdeh olacaq. Dəqiq, analitik düşüncəli və yüksək həcmli əməliyyatlarla işləmə bacarığı olan namizədləri komandamızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri
- Şirkətin mühasibat və vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;
- Lizinq və faktorinq əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi;
- Lizinq/faktorinq müqavilələri, daxilolmalar və müştəri borclarının uçotu və izlənilməsi;
- Lizinq predmetlərinin alınması, uçota alınması və müvafiq mühasibat yazılışlarının aparılması;
- Debitor və kreditor borclarının uçotu, qarşılıqlı hesablaşmalar və üzləşdirmələrin aparılması;
- Bank əməliyyatlarının, ödənişlərin və gündəlik mühasibat yazılışlarının icrası;
- Vergi bəyannamələrinin və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak;
- Vergi və digər dövlət qurumları ilə mühasibatlıq üzrə zəruri işlərin aparılması;
- Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsinə və saxlanılmasına nəzarət;
- Əməliyyat həcminin artmasına uyğun olaraq mühasibat uçotu proseslərinin qurulması və təkmilləşdirilməsi.
Tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya uyğun istiqamət üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
- Bank, BOKT, lizinq, faktorinq və ya digər maliyyə təşkilatında iş təcrübəsi üstünlükdür;
- Vergi (əsasən ƏDV hesablaşması) və mühasibat uçotu üzrə qanunvericiliyi yaxşı bilmək;
- Lizinq və/və ya digər maliyyələşdirmə əməliyyatlarının uçotu üzrə bilik və ya təcrübə üstünlükdür;
- 1C və MS Excel proqramlarında sərbəst işləmək bacarığı;
- Vergi və maliyyə hesabatlarının hazırlanması üzrə praktiki təcrübə;
- Yüksək həcmli gündəlik əməliyyatlarla işləmək, detallara diqqət və işləri prioritetləşdirmək bacarığı.
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Şirkətin mühasibat və vergi uçotunu aparır, 3 il təcrübə tələb olunur
Şirkətin mühasibat və vergi uçotunu aparır, 1 il təcrübə və 1C bilik tələb olunur
Mühasibat və vergi uçotunu aparır, maliyyə hesabatları hazırlamaq bacarığı tələb olunur.



