Mühasibat uçotunu qanunvericiliyə uyğun aparır, 3 il təcrübə və 1C bilik tələb olunur.
Vakansiya haqqında
“Azera Holdinq”in tərkibində fəaliyyət göstərən “Tranzit Store Az ” MMC Baş mühasib vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifələr:
- Gündəlik əsasda aparılan əməliyyatların ilkin sənəd əsasında sistemdə təsdiq etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu aparmaq, mühasibat uçotu hesablarında onların hərəkətini göstərmək, xərclər smetasını hazırlamaq, xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
- Xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtib etmək;
- Əmək haqqının ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları tərtib və nəzarət etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, müvafiq hesabatların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Banklara kreditlər üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etmək;
- Müştərilərdən köçürmə yolu ilə Cəmiyyətin hesabına daxil olan pul vəsaitlərin sistemə daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
- Ödənişlər zamanı köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
- Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
- Proqram təminatına məlumatların daxil edilməsi
- Holdinq tərəfindən təqdim edilmiş maliyyə hesabatlarının hazırlanması
Tələblər:
- Ali (maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat üzrə)
- PMS sertifikatının olması üstünlükdür
- İş təcrübəsi minimum 3 il
- Azərbaycan dili əla,rus dili üstünlükdür
- Kompyuter proqramları biliyi: MS Office proqramlarını yüksək səviyyədə bilməlidir. 1c 8.3
- Dürüst, etibarlı, məsuliyyətli
- Bəy namizədlər
Biz təklif edirik
- Əmək haqqı: 1800-2000 AZN (Nett)
- İş yeri: Hökməli qəsəbəsi
Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tranzit Store Az MMC Baş mühasib” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Baş mühasib üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 2 000 ₼.
55 açıq vakansiya, 49 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Hökməli qəsəbəsində yerləşir.
Minimum 3 il iş təcrübəsi tələb olunur.
Əmək haqqı 1800-2000 AZN (net) təşkil edir.
İş saatları və günləri barədə məlumat verilməyib.
MS Office proqramlarını yüksək səviyyədə bilməli, 1C 8.3 proqramını bilməlidir.
CV-lər mövzu hissəsində “Tranzit Store Az MMC Baş mühasib” qeyd edilməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasibat uçotunu idarə edir və vergi qanunvericiliyini yaxşı bilmək tələb olunur.
Mühasibat uçotunu idarə edir, vergi və əmək haqqı hesabatlarını hazırlayır, 5 il təcrübə tələb olunur.
Mühasibatlıq şöbəsinin baş mütəxəssisi maliyyə uçotunu təşkil edir və 3 il təcrübə tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




