Vakansiya haqqında

“Sahara Electronics” MMC komandamıza qoşulacaq, mühasibat uçotunun təkmilləşdirilməsi, maliyyə hesabatlılığının gücləndirilməsi və mühasibatlıq proseslərinin effektiv idarə olunmasını təmin edəcək Baş mühasib axtarışındadır.

Namizədin əsas məqsədi mövcud uçot sistemini qiymətləndirmək və təkmilləşdirmək, maliyyə məlumatlarının düzgünlüyünü təmin etmək, gəlir və xərclərə nəzarət mexanizmlərini inkişaf etdirmək, həmçinin mühasibatlıq komandasının fəaliyyətini koordinasiya etmək olacaq.

Vəzifə öhdəlikləri

  • Mövcud mühasibat uçotu sistemini qiymətləndirmək, çatışmazlıqları müəyyənləşdirmək və təkmilləşdirmə planını hazırlayaraq həyata keçirmək;
  • Şirkətin fəaliyyətinə uyğun uçot siyasətini, sənəd dövriyyəsini və daxili nəzarət mexanizmlərini hazırlamaq və tətbiq etmək;
  • 1C proqramında idxal, alış, satış, anbar, kassa-bank, debitor və kreditor əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək;
  • Gömrük, nəqliyyat və digər idxal xərclərinin malların maya dəyərində düzgün əks etdirilməsinə nəzarət etmək;
  • Müştəri və təchizatçılarla hesablaşmaları və üzləşmə aktlarını təşkil etmək, anbar qalıqları ilə uçot məlumatlarının uyğunluğunu yoxlamaq;
  • Vergi, əməkhaqqı və digər məcburi hesabatların düzgün və vaxtında hazırlanmasını təmin etmək;
  • Aylıq bağlanış prosesini təşkil etmək, balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti üzrə hesabatları hazırlamaq;
  • Gəlir və xərclərin aylıq plan-fakt təhlilini aparmaq, kənarlaşmaları məbləğ və faizlə müəyyənləşdirmək, səbəblərini araşdıraraq rəhbərliyə təqdim etmək;
  • Mağazalar və fəaliyyət istiqamətləri üzrə gəlir, xərc və mənfəət hesabatlılığını qurmaq, xərclərin düzgün aid edilməsinə nəzarət etmək;
  • Büdcənin hazırlanmasında iştirak etmək, büdcədənkənar xərcləri və maliyyə risklərini vaxtında müəyyənləşdirmək;
  • Konsaltinq komandası ilə əməkdaşlıq etmək, razılaşdırılmış uçot qaydalarının və prosedurların gündəlik iş prosesində tətbiqini təmin etmək;
  • Mühasibatlıq əməkdaşları arasında iş bölgüsünü aparmaq, tapşırıqların icrasına və uçot məlumatlarının keyfiyyətinə nəzarət etmək;
  • Audit və dövlət yoxlamaları üçün tələb olunan sənədləri hazırlamaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını təşkil etmək.

Tələblər

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Baş mühasib və ya mühasibatlıq rəhbəri vəzifəsində iş təcrübəsi;
  • İdxal və ticarət şirkətlərində uçot sisteminin qurulması və ya yenidən təşkili üzrə praktiki təcrübə;
  • Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini bilmək, qanunvericilikdəki dəyişiklikləri izləmək və praktikada tətbiq etmək bacarığı;
  • 1C və Excel proqramlarında sərbəst işləmək bacarığı;
  • Maliyyə hesabatlarının hazırlanması, büdcə nəzarəti və gəlir-xərc üzrə plan-fakt təhlilinin aparılması bacarığı;
  • Komandanı idarə etmək, digər struktur bölmələri və konsaltinq komandası ilə işi əlaqələndirmək bacarığı;
  • Yüksək dəqiqlik, dürüstlük, analitik düşüncə və problemlərə praktik həll yolları təklif etmək bacarığı.

Üstünlük veriləcək təcrübə və biliklər

  • Çoxmağazalı və çoxanbarlı ticarət şirkətində iş təcrübəsi;
  • 1C proqramında uçot və hesabatlılığın təkmilləşdirilməsi layihələrində iştirak;
  • PMS, ACCA və ya digər uyğun peşəkar sertifikatlara sahib olmaq.

İş şəraiti

  • İş yeri: Abşeron Ticarət Mərkəzi;
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Sabit əməkhaqqı: 1 500–2 000 AZN (namizədin təcrübə və bacarıqlarına uyğun olaraq);
  • Əlavə bonus: əvvəlcədən razılaşdırılmış KPI göstəricilərinin nəticələrinə əsasən.

Tələblərə uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur. Seçilmiş namizədlərlə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Abşeron Ticarət Mərkəzi
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 500–2 000 ₼
Yerləşdirilib
29 oktyabr 2026
Son tarix
29 noyabr 2026
HRX ilə müraciət
4
Baxış
400

Maaş bazarla müqayisədə

Baş mühasib üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 2 250 ₼.

bu vakansiya · 1 500–2 000 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

41 açıq vakansiya, 50 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Baş mühasib kimi öz maaşını yoxla

Şirkət haqqında

Sahara Electronics
Topdansatış və pərakəndə ticarət, Topdansatış və distribusiya, Ümumi pərakəndə ticarət · Bakı
Sahara Electronics — bütün vakansiyalar

Sahara Electronics MMC - Azərbaycanda məişət texnikası, müxtəlif elektronika məhsulları və iqlim avadanlıqlarının satışı, distribusiyası və korporativ təchizatı sahəsində fəaliyyət göstərən şirkətdir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Abşeron Ticarət Mərkəzindədir.

İş həftəsi 6 gündür.

Əməkhaqqı 1 500–2 000 ₼ aralığındadır, təcrübəyə uyğun olaraq.

Əlavə bonus KPI göstəricilərinə əsasən verilir.

Namizəd CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Baş mühasib üzrə Bakıda digər açıq elanlar.

Zarat Group Company
Senior · 3+ ilBakı
1 500–1 800₼

Mühasibat uçotunu aparır, maliyyə hesabatlarını hazırlayır və 3 il təcrübəsi tələb olunur.

AccountingFinancial ReportingCost AccountingResponsibility+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
KK Alliance
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Mühasibat və maliyyə uçotunu idarə edir, vergi qanunvericiliyini mükəmməl bilir.

Financial AccountingFinancial ReportingCost Accounting1C+13
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Tahiroğlu İnşaat MMC
Senior · 3+ ilBakı
2 000₼3 gün qalıb

Mühasibat uçotunu qanunvericiliyə uyğun aparır, 3 il təcrübə və 1C bilik tələb olunur.

AccountingTax LegislationFinancial ReportingInventory Management+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
1 500–2 000 ₼
Baş mühasib
Müraciət et